Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Məclisin buraxılması üçün əsas yaranıb” – İlqar Məmmədov

" Bizim də məqsədimiz başqa idi, Milli Məclisin də "

“Bizim də məqsədimiz başqa idi, Milli Məclisin də. Amma nəticədə, Milli Məclisin buraxılması üçün Konstitusion səbəb yarandı”.

Bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, Konstitusiyanın 96-cı maddəsində təsbit olunmuş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq, 2019-cu il martın 4-də Respublikaçı Alternativ (REAL) bir neçə ay ərzində topladığı 41500 imza ilə dəstəklənən qanun layihələrini Milli Məclisə təqdim edib.

Qanun layihələri Bakı şəhərində seçkili mer vəzifəsinin təsisini, devalvasiyanın vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişi ilə bağlı vurduğu zərərin ödənilməsini, təhsildə köklü islahat aparılmayınca ali təhsil ödənişlərinin tamamilə dövlət tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu.

İ. Məmmədov qeyd edib ki, Konstitusiyanın eyni 96-cı maddəsinə əsasən, REAL-ın qanun layihələri 2 ay ərzində, yəni 2019-cu il mayın 4-dək Milli Məclisdə səsə qoyulmalı idi: “Konstitusiyanın 98.1-ci maddəsinə əsasən isə, bu baş vermədikdə, Prezident Milli Məclisi buraxır.

AzərTAC Dövlət İnformasiya Agentliyinin mayın 3-də saat 20.17-də, yəni 4 may tarixinə cəmi bir neçə saat qalmış yaydığı məlumata əsasən, mayın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib və “müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələri prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın.”

Birincisi, komitə iclasında da qeyd olunduğu kimi, Konstitusiyanın 96-cı maddəsindəki “qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası qanunla müəyyən edilir”. Lakin, belə bir qanunu Milli Məclis 2009-cu ildən indiyədək qəbul etməyib. Başqa sözlə, Milli Məclis, Konstitusiya hüququn vətəndaşlar tərəfindən istifadəsi imkanlarını 10 ildən çoxdur ki, bilərəkdən əngəlləyir.

İkincisi, qanunun yoxluğunda, Milli Məclis hansısa özbaşına, dövlətin heç bir sənədində yazılmayan qayda ixtira edərək, toplanan imzaları Mərkəzi Seçki Komissiyasının rəyinə buraxmışdır. Hakimiyyətin qanunverici qolu üçün nəzərdə tutulan imzalara baxışın qanunverici qolun ixtiyarından çıxarılması hakimiyyət bölgüsü prinsipli Konstitusiyaya ziddir.

Üçüncüsü, Konstitusiyanın 98.1-ci maddəsinin I hissəsində göstərildiyi kimi, “Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı [...] bu Konstitusiyanın […] 96-cı maddəsinin II, III, IV və V hissələrində [...] göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”.

Beləliklə, REAL-ın 40 min imza təşəbbüsü nəticəsində, məqsəd bu olmasa da, Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsində göstərilən leqal əsaslar yaranmış durumdadır.

Prezidentin Milli Məclisi buraxması, ardınca da azad və ədalətli seçkilərin keçirilməsi Azərbaycanda həqiqi mənada islahatların başlanğıcı olardı”.(Yeni Sabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar