Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisə seçkilərlə əlaqədar 5,3 milyon seçki bülleteninin çapına başlanılıb

Bu gün fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb...

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib:

“125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, AbşeronBakıdakı seçki dairələrinə paylanacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar