Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə tikintidə yoxlama ilə bağlı mübahisə: "Hansısa nazir qol çəkib..."

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara icazə verilir. Bu nə ilə əlaqədardır?”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.

“Bizim komitədən heç vaxt Milli Məclisin plenar iclasına 2 qanun daxil olmayıb. Keçən dəfə “Dövlət rüsumu haqqında” qanun plenara daxil olanda çox böyük debatlara səbəb olub. Hansısa nazir gətirib, qol çəkib, göndəriblər bura. Tikintidə nə yoxlama?! Əgər biz yoxlamaların hamısını saxlamışıqsa, niyə yenidən tikintiyə dövlət nəzarəti yoxlamalarını bərpa edirik, səbəbi nədir?”, -V.Əhmədov bildirib.

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov V.Əhmədovun etirazına cavab verib.

“Məlum olduğu kimi, 2021-ci il yanvar ayının 1-nə kimi bütün yoxlamalar dayandırılıb, yalnız müstəsna hallarda yoxlamalar aparıla bilir. Biz zaman-zaman bu yoxlamaların siyahısını genişləndiririk. Buraya təklif olunur hazırda yanğın nəzarəti, tikintidə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsinə nəzarət sahəsində yoxlamalar da həyata keçirilə bilsin. Eyni zamanda, bu yoxlamaların risk səviyyəsinə uyğun olaraq keçirilmə dövriliyi müəyyən olunur. Xüsusilə qeyd etmək lazımdır ki, çoxmənzilli binaların istismarı ilə bağlı fərman tələb edir ki, FHN müvafiq qurumları yoxlamaları həyata keçirə bilsinlər. Əks halda həmin binaların istismarı ilə bağlı müəyyən çətinlik yarana bilər. V.Əhmədovun dediyi ondan ibarətdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar yəni – vergi yoxlamaları, tikintiyə dövlət nəzarəti həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, maliyyə sahəsindəki yoxlamalara bu qanun şamil olunmayacaq”, – M.Bazıqov əlavə edib/Report.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar