Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə Latviyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - Fotolar

İyunun 4-də Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşü keçirilib.//

Görüşü giriş sözü ilə açan işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Kamran Bayramov qonaqları salamlayıb, ötən ilin noyabr ayında Milli Məclisdə Latviya səfiri ilə keçirilmiş görüşü xatırladıb, həmin görüşdən keçmiş müddət ərzində ölkəmizin siyasi həyatında bir çox dəyişikliklərin baş verdiyini, Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini bildirib, nəticədə parlamentin yeni tərkibinin formalaşdırıldığını, parlamentlərarası əlaqələr üzrə işçi qrupların komplektləşdirildiyini, o cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərinin sayının artdığını diqqətə çatdırıb.

Çıxış edən Latviyanın səfiri iki ölkə arasında bərqərar olunmuş əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, ötən dövr ərzində səfirik tərəfindən görülmüş işlər barədə məlumat vermiş, səfirliyin xətti ilə Bakı şəhərində bir sıra mədəni tədbirlərin təşkil edildiyini qeyd edib.

İki ölkənin yerli icra və özünüidarəetmə orqanları arasında əməkdaşlığa toxunan səfir bu sahədə bir çox işlərin görüldüyünü, bu sahəyə Latviya tərəfindən böyük əhəmiyyət verdiyini bildirib, hal-hazırda ölkəsinin müvafiq bölgələrinin ŞəmkirBərdə rayonları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində addımların atıldığını vurğulayıb. Eyni zamanda, səfir Latviyada koronavirus pandemiyası ilə mübarizə sahəsində atılmış addımlar barədə bəhs edib, bununla bağlı pandemiyanın ölkəmizə təsiri ilə bağlı maraqlanıb.

K.Bayramov 28 may - Respublika günü münasibətilə Azərbaycan xalqına Azərbaycan dilində ünvanladığı videotəbrikə görə səfirə minnətdarlığını bildirərək Latviya səfirliyinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, mədəni əməkdaşlıqla bağlı səfirin ilk bölgə səfərini Latviyanın "Kamolinş” rəqs qrupunun konsertini izləmək üçün Şəmkirə etdiyini xatırladıb, bu kimi tədbirlərin digər sahələrlə yanaşı hər iki xalqın maraqlarına xidmət etdiyini bildirib.

Ölkəmizin Latviya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdıran K.Bayramov, bu ökənin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı dəstəklədiyini qeyd edib, martın 31-də Latviyanın Xarici İşlər Nazirliyi tərəfindən qondarma "DQR”-da qondarma seçkilərin tanınmaması barədə verdiyi bəyanata görə Səfirə minnətdarlığını bildirib, Xocalı soyqırımı ilə bağlı həm Latviya Seymində, həm də Latviyanın deputatlarının təşəbbüsü ilə Avropa Parlamentində qəbul edilmiş müvafiq bəyanatları xatırladıb.

Pandemiyanın ölkəmizə təsiri ilə bağlı Səfirin sualını cavablandıran K.Bayramov bu sahədə vəziyyətin nəzarət altında olduğunu bildirib, pandemiyanın həm vətəndaşlara, həm də sahibkarlara vurulmuş ziyanın ödənilməsi məqsədilə Hökumət tərəfindən görülmüş ardıcıl və təsirli tədbirlər barədə qısa məlumat verib.

Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fatma Yıldırım, Malik Həsənov, Şahin İsmayılov və Emin Hacıyev iştirak ediblər.

pia.az


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar