“Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
PİA.az-ın əldə etdiyi məlumata görə, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.
Layihə parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.(Report)
pia.az