Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələrinin qurulması üçün İş planı hazırlanacaq.
PİA.az-ın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, Milli Məclis və Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələri konkret işçi planı əsasında təşkil ediləcək.
pia.az