Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

"Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam?"

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bunun əleyhinə olanları qınayıb:

“Ölkədə hər bir uşağa normal pul ayrılmalıdır. Bütün dünyada bu təcrübə var. Yəni uşaq 18 yaşına qədər dövlət tərəfindən uşaqpulu ilə təmin olunmalıdır ki, sağlam böyüsün. O, əsgər gedəndə də sağlam olur, silah tuta bilir. Çünki vaxtında normal qidalanmalıdır, idmanla məşğul olmalıdır. İndi çoxumuz maaşa işləyən adamlarıq, uşaqlarımızı yaxşı qidalandıra, geyindirə, idmana qoya bilmirik. Bizim ölkədə mütləq uşaqpulu verilməlidir. Bu milləti dilənçi kökündə saxlayırlar, deputatların bəziləri bu millətin qürurunu qırdı. İndi sözünü deyən deputatlar da var, bu sevindirici haldır. Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam?

Bizim deputatların bəziləri sanki dünyanı başa düşmür. Uşaq 18 yaşına qədər savadlı, yaxşı dünyagörüşünə malik olmalıdır. Bütün bunlar üçün isə pul lazımdır. Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir. İki yüz manat maaşmı olar? Ayıbdır vallah. Neft çıxan ölkədə kim 200 manat maaş yazırsa, Allah ona lənət eləsin. Həkimlərə 200-250 manat maaş verirlər. Müəllimlərə də elə onun kimi. Belə şey olmaz axı”.(Moderator)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar