Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”

Parlament demokratik olsa, aparılan islahatlar müəyyən qədər nəticə verə bilər...

“Mənim seçkilərə münasib qətidir. İndiyə qədər iki dəfə parlament seçkilərində namizəd kimi iştirak etmişəm. Birində hamıdan çox səs topladım, amma keçmədim. İndi həm yaşım artıb, həm də səhhətimdə problem var. Bu səbəbdən də seçkilərdə namizədliyimi irəli sürmək niyyətim yoxdur”.

PİA.az xəbər verir ki, bu sözləri Reyting.az-a şair Rüstəm Behrudi fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi haqda suala cavabında deyib.

R. Behrudi qeyd edib ki, namizəd olmasa da, öz missiyası var: “Bu, yaradıcılıq sahəsidir və bu istiqamətdə davam edəcəyəm. Amma sevinərəm ki, bu seçkidə millətin qəbul etdiyi, sevdiyi və millətin taleyində rol oynaya biləcək şəxslər parlamentə seçilsin. Hərçənd ki, buna da şübhəm var”.

R. Behrudi əlavə edib ki, özü seçkidə iştirak etməsə də, kimlərisə dəstəkləyə bilər: “Demokratik düşərgədən namizəd olan şəxsləri dəstəkləyəcəyəm. İndiki parlamentdə oturan millət vəkillərinə baxanda bu millətə yazığım gəlir. Onların çıxışlarına baxıram və düşünürəm ki, gör, qanunvericilik instansiyasında kimlər oturub və millət üçün qanunları kimlər hazırlayır... Bəlkə də parlamentin buraxılması zamanında atılan addımdır, bir ümid yeridir. Görək, 9 fevral seçkiləri nə göstərəcək. Parlament demokratik olsa, aparılan islahatlar müəyyən qədər nəticə verə bilər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar