Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Millət vəkili bizneslə məşğul olmalı deyil” – Vahid Əhmədov

“Milli Məclis seçkili orqandır. Seçicilər kimə səs verirsə, o da parlamentdə oturmalıdır”...

Bu sözləri millət vəkili Vahid Əhmədov Milli Məclisin tərkibinin dəyişməsilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

Son günlər yenidən ictimai diqqət Milli Məclisin tərkibinə yönəlib. Bunun səbəbi deputat Rafael Cəbrayılovun III və IV çağırış deputat vəsiqələrini girov qoyaraq ayrı-ayrı vətəndaşlardan toplam 600 min dollar borc götürməsidir.

Vahid Əhmədov hesab edir ki, belə hallar olsa da, parlamentin tərkibi seçki ilə dəyişməlidir. “Təəssüf ki, belə hadisələrə rast gəlirik. Millət vəkili özünü statusuna uyğun aparmalıdır. Belə hallar olmamalıdır. Milli Məclis qanunverici orqandır. Orada elə insanlar təmsil olunmalıdır ki, qanunların qəbuluna öz töhfəsini verə bilsin.

Millət vəkili bizneslə məşğul olmalı deyil, millət vəkili dövlətin, seçicilərin problemlərinə yardımçı olmalıdır. Amma bütün bunlara rəğmən parlament seçki ilə dəyişə bilər ki, bu da 2020-ci ildə baş verəcək. O zaman yeni tərkibin necə olacağını görəcəyik”,- deyə millət vəkili bildirib.

Vahid Əhmədov millət vəkillərinin hansısa qanunsuz, yaxud ictimai qınağa səbəb olan hərəkətlərə yol verməsini qəbuledilməz hesab edir: “Parlament ölkənin taleyinə təsir edə bilən orqandır. Deməli, millət vəkilləri məsuliyyətli olmalıdır. Mən istərdim ki, parlament yüksək səviyyədə formalaşsın. Yəni, orada elə insanlar təmsil olunsun ki, həm millət onları eşitsin, həm də onlar millətin, dövlətin yanında olsunlar. Ola bilər ki, müəyyən dövr üçün biznemsmen deputatlar lazım idi. Amma artıq Azərbaycan inkişaf edir, indi sırf mütərəqqi qanunların qəbulu üçün bu sahəyə bələd olan, ölkənin və seçicilərin problemlərini düşünənlər lazımdır”.

Parlamentin indiki tərkibinə gəlincə, millət vəkili bildirib: “Milli Məclisin indiki tərkibi barədə mənfi fikir söyləmək istəmirəm. Milli Məclisdə təmsil olunan deputatların heç də hamısı narazılıq yaradan bəzi həmkarları kimi deyil. Əksinə, indiki parlamentdə xeyli sayda deputat var ki, onlar müəyyən işlər görürlər. Bəzən deyirlər ki, deputatlar danışmır. Mən həmişə demişəm yenə də deyirəm deputatların danışdığı, müzakirə apardığı, mübahisə etdiyi yer Milli Məclisin plenar iclasları yox, komitələrin iclaslarıdır. Biz daha çox komitələrin iclaslarında danışırıq, müzakirələr aparırıq ki, plenar iclasa normal layihə təqdim edək. Ona görə də, komitələrin iclaslarını diqqətdə saxlamaq lazımdır”.

pia.az


Etiket: Vahid Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar