Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Milla” vaxtı keçmiş mallarını marketlərdən niyə geri almır? - “Gilan” Holdinq əhaliyə vaxtı keçmiş malları satmağa çalışır?

Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırması haqda məlumat yayıb.

Xəbərlə tanış olun: Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib

Qeyd edək ki, qanunvericiliyə əsasən vaxtı keçmiş malları istehsalçı şirkət geri götürməli, əgər onları ikinci dəfə emal etmək imkanı varsa, emal etməli, olmazsa, məhv etməlidir. Bəs “Milla”ya aid olan 72 adda 13 tondan artıq süd məhsulunun AQTA tərəfindən məhv edilməsi nədən xəbər verir? Belə çıxmırmı ki, “Gilan” Holdinqə aid olan “AZ FP CO LTD” MMC istehlakçıların sağlamlığını təhlükə altında qoyaraq vaxtı keçmiş malları əhaliyə satmağa çalışır? Bəs bu qanunsuzluğa görə AQTA tərəfindən “Milla” süd məhsulları cərimələnibmi? Bütün bu suallara AQTA və “Gilan” Holdinqdən açıqlama gözləyirik.

Xatırladaq ki, “Milla” süd məhsulları “Gilan” Holdinqin brend mallarına aiddir və iddialara görə “Milla” süd məhsulları “Gilan” Holdinqin sahibi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fransalı xanım tanışının adı ilə adlandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Pensiya və maaşlarda artımla bağlı yeni açıqlama - Video

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat edib

Helikopter qəzası ətrafında yayılan söz-söhbətlər həqiqətə nə qədər yaxındır?

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Baş qərargah rəisini təhqir etdi: "Onda bildim ki, bu adam idiotdur"

Ən çox oxunanalar