Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mikroplastik hissəciklərə bütün şirin su çöküntülərində rast gəlinir

Bəşəriyyət "plastik epoxa" dövrünü yaşayır. Plastik materiallar uzunömürlülük, yüngüllük və korroziyaya davamlılıq kimi xüsusiyyətlərinə görə geniş istifadə edilir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sinxua" informasiya agentliyi məlumat yayıb. Çin tədqiqatçıları tərəfindən aşkarlanmış 5 millimetrdən kiçik diametrli plastik mikrohissəciklərə çayların, göllərin, su anbarlarının çöküntülərində və hətta buzlaqlarda, eləcə də Arktikanın qar örtüklərində rast gəlinir. Tədqiqatın nəticələri göstərir ki, mikroplastik hissəciklərin təxminən 70 faizi dəniz mühitinə göllərdən daxil olur, daha doğrusu, mikroplastik hissəciklər göllərin çöküntülərində əmələ gəlir.

Çin Elmlər Akademiyası nəzdindəki ətraf mühit və resurslar üzrə Şimal-Qərb İnstitutunun tədqiqatçıları mikroplastik hissəciklərin mənşəyinin, həmçinin onların şirin su çöküntülərinə keçməsinin və yayılmasının sirlərini öyrənməyə çalışırlar.

Alimlər polimerlərin morfoloji xüsusiyyətləri, növləri və mənbələri də daxil olmaqla şirin su çöküntülərində mikroplastik hissəciklərin yığılmasına təsir göstərən bir sıra amilləri nəzərdən keçiriblər. Məlum olub ki, mikroplastik hissəciklərə yoxlanılan çayların, göllərin və su hövzələrinin çöküntülərində daha tez-tez rast gəlinir. Eyni zamanda, müxtəlif bölgələrdə mikroplastik hissəciklərin konsentrasiyalarında aşkar fərq mövcuddur.

Tədqiqatçılar, həmçinin diametri 1 millimetrdən az olan lifli hissəciklərin şirin su çöküntülərində mikroplastik hissəciklərin əsas forması olduğunu, rənglərinin isə əsasən ağ və ya şəffaf olduğunu aşkarlayıblar.

Buna baxmayaraq, tədqiqatçılar mikroplastik hissəciklərin yerdəyişməsi və transformasiyası, həmçinin onların quruda ekosistemə və insan həyatına təsiri ilə bağlı sualların hələ də açıq qaldığını etiraf ediblər. Məsələyə aydınlıq gətirilməsi üçün gələcəkdə əlavə tədqiqatların aparılması tələb olunur.

Qeyd edək ki, sözügedən tədqiqatın nəticələri barədə məqalə "Science of the Total Environment" jurnalında dərc olunub.

pia.az


Etiket: şirin su


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Laçın dəhlizi niyə önəmlidir? – Qarabağın taleyini müəyyənləşdirən nəfəslik

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Korotçenko: “Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri - Fotolar

Ceyhun Bayramov Vaşinqtonda azərbaycanlıların hansı xahişinə əməl etmədi? - Video

Azərbaycana gəbərmək üçün göndərilən muzdlular – Yeni faktlar

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - Video

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir - Video

loading...

Ən çox oxunanalar