Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqların araşdırılmasında yenilik

“Atam Vahab İsmayılzadədən götürülən DNK nümunələri Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ilə uyğun gəlib”.

Bunu Oxu.Az-a açıqlamasında Mikayıl Müşfiqin ailə üzvü Müşfiq İsmayılzadə deyib:

“Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının həqiqətən də şairə məxsus olduğunu müəyyənləşdirmək üçün atamdan da DNK nümunəsi götürülmüşdü. Atamın DNK nümunələri həmin sümüklərlə 95 faiz uyğun gəldi. Bu barədə bizə bu məsələ ilə məşğul olan orqandan məlumat verdilər”.

Müşfiq İsmayılzadə həmçinin qeyd edib ki, DNK nümunələrini Londondakı laboratoriyaya da göndəriblər:

“Hələ ki, Londondan cavab gəlməyib. Məlum pandemiya ilə bağlı cavabların gəlməsi də gecikir. Amma Azərbaycandakı yoxlamalar məlumatı təsdiq edir”-, deyə Müşfiq İsmayılzadə qeyd edib.

Məsələ ilə bağlı Vahab İsmayılzadənin özü ilə də əlaqə saxladıq. O, da məlumatı təsdiqlədi: “Hamı bilir ki, mən Mikayıl Müşfiqin ailə üzvüyəm. DNK nümunələrimiz də uyğun gəldi. Amma Londondan hələ ki, cavab gəlməyib. Tapılan sümükləri də mənə göstərmirlər”.

Xatırladaq ki, bir neçə il öncə Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı xəbərlər yayılıb. Həmin qalıqların Stalin illərində cəzalandırılanların bir çoxunun uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində aşkarlandığı qeyd olunub. Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən sümük qalıqlarının həqiqətən də şairə aid olmasını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da DNK nümunələri götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar