Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarovdan Azərbaycan gənclərinə müraciət - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edir...

PİA.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb.

Nazir dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf etmək, yüksəlmək imkanı verir: "Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısına ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi qoyulur. Lakin yaşından, ixtisasından, işləməsindən asılı olmayaraq, hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər isə daha yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı, sosial məsuliyyətlik, innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər vaxtında və doğru qərar qəbul etməyi, işi düzgün bölüşdürməyi, komandada işləməyi bacarmalıdır. "Yüksəliş" müsabiqəsində məhz bu keyfiyyətlərə malik olanlar qalib gələcəklər. Lakin təkcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar isə ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramına cəlb olunacaqlar".

M.Cabbarov vurğulayıb ki, müsabiqənin hər mərhələsi iştirakçılara yeni imkanlar yaradacaq: "Yüksəliş ilkin seçim mərhələsindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Qaliblərə təqdim ediləcək qrant onların fərdi inkişaf yolunda yeni başlanğıc olacaq. Bir sözlə, istedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılmaqla həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra biləcək. Yüksəlişə qoşulun, yüksəliş sizinlə başlasın”.(yenisabah)

Daha ətraflı https:bu keçiddə tanış ola bilərsiniz

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar