Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov xəbərdarlıq etdi

Milli Məclisin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirib...

Nazir deyib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərin xalis sayında artım 44 608 vergi ödəyicisi təşkil edib:

“Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə, 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

Nazir onu da bildirib ki, bu gün qanunvericilik çərçivəsində bütün obyektlər vergiyə cəlb edilir. O qeyd edib ki, vergi sahəsində hər hansı ayrı-seçkilik yoxdur.

“Əgər kimdəsə məlumat varsa ki, belə hal var, biz dərhal bu halların aradan qaldırılması üçün addımlar atacağıq. Çünki bu, bizim təməl prinsipimizdir”, - deyə M.Cabbarov əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar