Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir

Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir.

Bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun "The Jerusalem Post” nəşrindəki müəllif yazısında deyilir.

Nazir yazıb ki, bu gün mürəkkəb dövrdür: "COVID-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq minlərlə ölümə səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir”.

M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan daha bir təhdidlə üz-üzə qaldı. Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğalı fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hücum münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi: "Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistanın təcavüzkar fəaliyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir”.

Müəllif bildirib ki, Ermənistanın bu təxribatçı addımının səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətlə bağlıdır: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ilə vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birilə münaqişədədir. Bu şəraitdə Ermənistan hökuməti hərbi əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi”.

Nazir qeyd edib ki, hazırda Ermənistan hətta Azərbaycanla xarici tərəfdaşları, o cümlədən İsrail arasında münasibətlərlə manipulyasiya etməyə çalışır: "Erməni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embarqo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çağırır”.

O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdaşlarının gündəmi ilə manipulyasiya etmir: "İsraillə ikitərəfli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmirik. Bizim səylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib. Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurduğumuz münasibətlər artıq dostlarımıza xeyir gətirir”.(trend)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar