Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov Azərbaycanda məmur biznesinə son qoya biləcək?

Mikayıl Cabbarovun qarşısında ölkənin mövcud iqtisadi münasibətlərində inqilab etmək kimi çətin bir vəzifə durur...

Ekspert: “Yeni nazirin qarşısında çox mühüm və inqilabi məsələlər durur. Bütün hakimiyyət növləri və cəmiyyət bu məsələdə ona dəstək olmalıdır”.

“Ümumi iqtisadi amnistiya, rəqabət qanununun gecikmədən qəbulu, bütün böyük şirkətlərin məmur sahiblərinin dəqiqləşdirilməsi və onların icra və qanunverici hakimiyyətdən uzaqlaşdırılması, bank-maliyyə və vergi qanunvericiliyində dəyişikliklər olmalıdır”.

Bu sözləri iqtisadçı İlham Əzizov İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanda iqtisadi inkişafa mane olan amillərin aradan qaldırılacağının, monopoliyanın məmur biznesinə son qoyulacağının anonslarını verməsini PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilk müsahibəsilə Azərbaycanda iqtisadi inkişafa mane olan amillərin aradan qaldırılacağının, monopoliyanın məmur biznesinə son qoyulacağının anonslarını verib.

Xatırladaq ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

Onu da qeyd edək ki, bu, 3-cü nazirlikdir ki, Mikayıl Cabbarova etimad olunur. O daha əvvəl cənab Cabbarov Təhsil və Vergilər naziri postlarını da tutub.

Bəs Azərbaycan iqtisadiyyatında kök salmış məmur biznesini və monopoliyanı ortadan qaldırmaq üçün hökümətin atacağı addımlar effektli olacaqmı? Ən əsası bu sosial-iqtisadi bəladan qurtulmaq üçün iqtisadiyyat nazirinin böyük məmurlar ordusuna qalib gəlmək şanslarını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Kölgə iqtisadiyyatının həcminin 40 faizlərdə olduğunu bilərək bu məsələləri bir nazirin təkbaşına edə bilməsi real görünmür”.

Sadalanan işləri görmək üçün yeni nazirə həm siyasi, həm də cəmiyyətin dəstəyinin lazım olduğunu vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, bu işlər və nazirin atacağı addımlar total oliqarx maneəsinə rast gələcək:

“Sadalanan problemləri həll etmək üçün kompleks tədbirlər , ən əsası siyasi iradə lazımdır. Bu tədbirlər iki qrupa bölünməlidir. Birincisi təcili tədbirlərdir ki, bura ümumi iqtisadi amnistiya, rəqabət qanununun gecikmədən qəbulu, bütün böyük şirkətlərin məmur sahiblərinin dəqiqləşdirilməsi və onların icra və qanunverici hakimiyyətdən uzaqlaşdırılması, bank-maliyyə və vergi qanunvericiliyində dəyişikliklər daxildir.

İkincisi isə hissə-hissə görüləcək tədbirlərdir. Bunlara real sektorun inkişafı üçün güzəştli maliyyə mənbələrinin tapılması, iqtisadiyyata rəhbərlik edən qurumların koordinasiyası, qeyri-neft sektoruna investisya cəlb etmənin yeni yollarının tapılması, manatın həqiqi kursuna nail oluması və.s aiddir.

İlham Əzizov: “Dövlət mülkiyyət hüququnun qeyd şərtsiz təmin olunmasını hüquqi və faktiki təşkil etməlidir. Bunun üçün ölkədə məhkəmə hakimiyyətini tam bərpa etmək lazımdır”.

Fikrimcə bu işləri görmək üçün yeni nazirə həm siyasi, həm də cəmiyyətin dəstəyi lazımdır. Bu işlər total oliqarx maneəsinə rast gələcək. Dövlət mülkiyyət hüququnun qeyd şərtsiz təmin olunmasını hüquqi və faktiki təşkil etməlidir. Bunun üçün ölkədə məhkəmə hakimiyyətini tam bərpa etmək lazımdır.

Kölgə iqtisadiyyatının həcminin 40 faizlərdə olduğunu bilərək bu məsələləri bir nazirin təkbaşına edə bilməsi real görünmür.Ölkədə bir çox sahələrin özəlləşməyə çıxarılması əldə olunan vəsaitin real sektora yönəldilməsini vacib məsələrdən sayıram. Odur ki, yeni nazirin qarşısında çox mühüm və inqilabi məsələlər durur. Bütün hakimiyyət növləri və cəmiyyət bu məsələdə ona dəstək olmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar