Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİDA minlərlə güzəştli mənzilin tikintisi haqda

“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib

Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

MİDA-dan verilən məlumata görə, fərmanın icrasını təmin etmək üçün “Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılıb. Yasamal Yaşayış Kompleksində qalan 1 070 mənzil isə bu ilin sonuna qədər yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılıb, bəzək işlərinə başlanılıb. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcək.

Agentliyin növbəti layihəsi - Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxaracaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək. Həmin mənzillərdən 42-nin birotaqlı (studio tipli), 144-nün birotaqlı, 461-nin ikiotaqlı, 740-nın üçotaqlı, 71-nin isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli vəziyyətdə, kombi isitmə sistemi və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar artıq tender elanı verilib. Tenderin qalibi müəyyən edildikdən sonra podratçı şirkət tərəfindən tikintiyə başlanılacaq. Bu binalarda ümumilkdə 144 mənzil olacaq.



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar