Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MH17 təyyarəsinin vurulması: 298 nəfəri öldürən qatillər ədalətdən yayınacaqlar...

Çoxlu ittihamlarla birlikdə MH17 təyyarəsinin vurulması barədə daha çox məlumat ortaya çıxsa belə, cinayətkarlar bir də heç vaxt Rusiyadan kənara çıxa bilməyəcəklər...

Kim Sengupta
“Independent” qəzeti, ABŞ, 20 iyun 2019-cu il

Malayziya aeroportuna aid MH17 təyyarəsinə hücum edildiyi üçün 4 nəfər ittiham olunur və bu, onu göstərir ki, 5 il əvvəl 298 sərnişinin və ekipajın ölümünə səbəb olan qatillərin axtarışı hələ də davam edir.

Üçü rus, biri ukraynalı olan 4 nəfərin beynəlxalq miqyasda həbs edilməsi tələb olunub və təyyarənin məhv edilməsi ilə bağlı məhkəmə 2020-ci il martın 9-da Hollandiyada başlayacaq. Lakin, görünür, qatillər qanun qarşısında həbs edilməyəcəklər.

Kreml Ukraynadakı vətəndaş müharibəsi zamanı baş verən hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib və bu hadisənin törədilməsində Kiyev hökumətini günahlandırıb. Rusiya xaricdəki qanuni izləmələrlə üz-üzə gəlmək üçün öz vətəndaşlarını başqa ölkələrə vermir. Buna görə də, bu hadisədə də vətəndaşları vermələri üçün heç bir səbəb tapmaq olmur.

Bundan əlavə, məhkəmədə ortaya qoyulacaq dəlillərlə bağlı olaraq əmri verənlərin və hücumda hava limanına məxsus təyyarənin BUK raketi ilə havada iki yerə bölünməsi barədə detalların üzə çıxması gözlənilir.

Hollandiyanın rəhbərlik etdiyi beynəlxalq Ortaq İstintaq Qrupunun araşdırdığı şəxslər bir çoxuna məlumdur. Sözügedən şəxslərin MH17 təyyarəsinin təsirsiz hala gətirilməsində iştirak etdikləri iddia olunub.

Baş prokuror Fred Vestebikə görə adı çəkilən 4 nəfərin BUK raketlərinin Donbassa daşınmasında rolu var.

Siyahıda ən tanınmış şəxs Rusiya Kəşfiyyat Servisinin sabiq polkovniki İqor Qirkindir.

Ukraynanın şərqindəki müharibəni izləyərkən onu müharibənin ən strateji və simvolik cəhətdən pik nöqtəsi olan Slavyanka qəsəbəsinə ilk çatan Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki İqor Strelkovu tanıyırıq.

Həmçinin, Rusiya Krımı tutarkən Strelkov da bölgədə imiş. Polkovnik Strelkov və onun əmrində olan komanda Ukrayna hökuməti tərəfindən “terror törətməkdə” günahlandırılıb. Buna Horlivka qəsəbəsində Vladimir Ribak adlı yerli bir siyasətçinin qaçırılması, işgəncələrə məruz qalması və öldürülməsi də daxildir. Ukrayna gizli xidmətinin siqnallarını əldə etdiyi telefonda aparılan danışıqlara görə, polkovnik Strelkov Ribakın cəsədinin yox edilməsi ilə bağlı əmr verib.

Həyat yoldaşının cəsədini gördükdən sonra baş verənləri “The Independent” nəşri ilə bölüşən Ribakın dul həyat yoldaşı Elena xanım danışır:

“İlk gördüyüm o oldu ki, mənim üçün çox dəyərli olan bir adamın bədənində çoxlu dəliklər açılıb. İnsan necə bu qədər qəddar ola bilər axı? Bir insana bunu necə etmək olar? Çox güman ki, bu qaçırılma hadisəsində bir neçə nəfər iştirak edib. Eşitdiyimə görə, onu maşına minməyə məcbur edəndə ailəsinin yanına getmək istəyib. Amma onu zorla maşının içinə salıblar”.

Donetsk Xalq Respublikasının (DPR) Müdafiə naziri olan polkovnik Strelkov Ribakın ölümü ilə əlaqəsi olmadığını bildirib. MH17 hücumunda baş prokuror tərəfindən adı çəkildiyi zaman açıqlama verib: “Bircə onu deyə bilərəm ki, Boeing təyyarəsini vuran milislər deyil”.

Təyyarənin vurulmasında iştirak etdiyi düşünülən digər şəxslərə gəldikdə isə müfəttişlərin iddiasına görə, Sergey Dubinski polkovnik Strelkovun köməkçisi və Solsberidə Noviçek hücumunu keçirməkdə günahlandırılan rus əsgəri kəşfiyyat servisinin - Baş Kəşfiyyat İdarəsinin köhnə bir üzvüdür.

Oleq Pulatov isə Baş Kəşfiyyat İdarəsinin xüsusi qüvvələri olan Spetsnazda çalışmış sabiq əsgər olması ilə yanaşı, polkovnik Strelkovun müdafiə rəisi olduğu dönəmdə DPR-in kəşfiyyat xidmətinin rəhbər köməkçisi idi.

Beynəlxalq istintaq komandası ittihamları media ilə bölüşərkən araşdırmaçı sayt “Bellingcat” da hücumla əlaqəsi olduğu düşünülən və aralarında xüsusi milislərlə əlaqəsi olan 12 nəfərlə birlikdə digər şübhəlilərin də adlarını yayımlayıb. Sayt GRU ilə yanaşı, DPR-ə bağlı olan kəşfiyyat xidmətinin də əməliyyatda birlikdə hərəkət etdiyini önə sürüb.

Kreml Malayziya təyyarəsinin vurulması ilə heç bir əlaqəsi olmadığını təkrar edib və Ortaq İstintaq Qrupunun apardığı istintaqı “qərəzli və siyasi məqsədli” olmaqda günahlandırıb.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov isə ölkəsinin bu istintaqda iştirak etməsinə icazə verilmədiyini vurğulayıb.

Çoxlu ittihamlarla birlikdə MH17 təyyarəsinin vurulması barədə daha çox məlumat ortaya çıxsa belə, cinayətkarlar bir də heç vaxt Rusiyadan kənara çıxa bilməyəcəklər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar