Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məzahir Pənahovun əxlaqı bu məsələni ört-basdır edib” – Əli Əliyev

AMİP rəhbərliyi tərəfindən VİP sədri Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə Etibar Məmmədova yazdığı məktubun 14 il sonra ictimailəşdirilməsi etirazla qarşılandı

Ailə-məişət mövzusunda olan bir məktubun siyasi məqsədlər üçün istifadə olunması ictimaiyyət tərəfindən də tənqid olundu. Hətta məktubun müəllifi də buna etirazını bildirən bəyanat yaydı.
Bəs AMİP-in belə bir addım atmasına səbəb nə olub?

VİP sədri Əli Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, burada qısqanclıqdan başqa bir şey yoxdur: “Bu hadisələr 2005-ci və 2010-cu ildə baş verib, parlament seçkiləri keçirilən zaman. İndi də parlament seçkilərinin olma ehtimlı var. Yəni hər seçki öncəsi belə bir addımın atılması təsadüf ola bilməz.

Onlar bizim partiyanən güclənməsindən, rəsmi status almasından, parlament seçkilərində nəticə əldə etməsindən narahtlıq keçirirlər. Çünki bizi bağlayan bir keçmiş var”.

Ə. Əliyev deyib ki, bu məktub həmin il MSK-ya da göndərilib: “Bizim bəyənmədiyimiz və seçki saxtakarlığında həlledici rolu həmişə ifa etmiş Məzahir Pənahovun əxlaqı belə o məsələni ört-basdır edib. Mən Məzahir müəllimə təşəkkür edirəm, bu şəxsi mövqeyinə görə. O vaxt məktubu bizim MSK nümayəndəsinə vermişdi ki, utanmırlar, belə bir şeylərdən seçki məsələsində istifadə etmək istəyirlər”.

Ə. Əliiyev deyib ki, bu məsələdən sonra AMİP rəhbərliyi ilə heç bir kontaktı olmayıb və ola da bilməz.

pia.az


Etiket: Əli Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar