Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meyvə şirələrini necə içməli? 

Faydalı məsləhətlər...

Meyvə və tərəvəz şirələrinin faydaları hər birimizə yaxşı məlumdur. Amma çoxlarımıza məlum deyil ki, bu şirələr düzgün qəbul edilmədikdə onların sağlamlığımıza heç bir xeyri dəymir. Hətta bəzən orqanizmə mənfi təsirləri də olur.

PİA.az medicina.az-a istinadən bildirir ki, meyvə və tərəvəz şirələri çəkildikdən sonra 10 dəqiqə ərzində içilməlidir. Təzə çəkilmiş şirə bu müddətdən artıq qalanda tərkibindəki bioloji aktiv maddələr dağılır. Yalnız çuğundur şirəsini 2-3 saat saxladıqdan sonra qəbul etmək lazımdır.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrini yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır. Çünki şirə bu zaman orqanizm tərəfindən daha tez sorulur və biokimyəvi proseslər daha asan gedir.

Yeməkdən dərhal sonra şirə işmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda qazların yaranmasına səbəb olur.

Şirələrin qəbulundan sonra dişləri təmizləmək, ağız boşluğunu yaxalamaq lazımdır. Çünki sirələrin tərkibində olan üzvi turşular dişlərin emalına təhlükə yarada bilər.

Tumlu meyvələrin (alma, armud, üzüm və s.) şirəsini isə digər şirələrlə qarışdırmaq olar. Məsələn alma şirəsi ilə kök, yaxud kələm şirəsini qarışdırmaq uyğundur.

Çəyirdəkli meyvələrin (ərik, zoğal, gavalı, şaftalı və s.) şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür.

Təzə çəkilmiş meyvə şirələrinin faydalı olduğunu düşünüb qədərindən çox istifadə etmək yolverilməzdir. Gün ərzində meyvə şirəsindən maksimum 3 stəkan, tərəvəz şirəsindən isə daha az istifadə edilməlidir.

Müntəzəm olaraq meyvə və tərəvəz şirələri qəbul etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür. Amma bütün xəstəlikləri şirələrlə müalicə etmək olar. Nəzərə almaq lazımdır ki, şirə dərman deyil, qida məhsuludur. Ancaq xəstəliklərin müalicəsi zamanı həkim məsləhəti ilə hər hansı bir şirəni qida rasionuna daxil etməklə müalicənin effektini artırmaq olar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar