Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza: "Bakı çox təhlükəsiz şəhərdir"

Gələn həftə – mayın 29-da Bakı UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək

Hesab edirəm ki, bu, möhtəşəmdir. Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir.

Trend-in məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.

“Təəssüf ki, “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur”, – deyə M.Brayza vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar