Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədrinin də Avropada biznesi üzə çıxdı – Fotofakt

Metropoliten şçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlunun Çexiyada biznesi aşkarlanıb

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.

Jurnalist yazır: “Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu yolunu 2010-cu ildən salıb. 25 noyabr 2010-cu ildə Praqada FAM JONAD sro. şirkətini təsis edəndə cənab Mərdanov Azərsu ASC-dəki işindən təzəcə ayrılmışdı.

Bir neçə ay SOCAR-da çalışıb.

2014-cü ilin sentyabrından Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədridir.

Prezidentin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub.

Çexiyadakı şirkət (qeydiyyat nömrəsi: 24769991) istehsaldan tutmuş, ticarət, daşınmaz əmlak biznesinə qədər geniş fəaliyyət sahələrini əhatə edir.

200 min çex kronu nizamnamə kapitalı olan şirkətin icraçı rəhbəri Arif Mərdanovun Bakıxanov 62 ünvanında qeydiyyatda olan həyat yoldaşı Nərgiz Mərdanovadır.

Şirkətin 50 faizlik payı ona, qalan 50 faizlik hissəsi isə Əhməd Cavad küçəsi 1 ünvanında qeydiyyatda olan 24 aprel 1970-ci il təvəllüdlü Arif Mərdanova məxsusdur.

 

pia.az

Etiket:

loading...