Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Metro yenidən bağlana bilər – Rəsmi açıqlama

Bakı Metropolitenində əsas tələblərə riayət edilməməsi metronun yenidən bağlanmasına səbəb ola bilər.

PİA.az-ın məlumatına görə, metropolitendə əsas tələblər tibbi maskanın taxılması və sosial məsafənin qorunmasıdır.

Xüsusən tibbi maska sərnişinlərdən stansiyaya girişdə tələb olunur. Lakin stansiya platformalarında, əsasən də qatarlarda sərnişinlərin bir sıra hallarda bu qaydalara riayət etməməsi ilə rastlaşılır. Bu hal isə metronun yenidən bağlanmasına gətirib çıxara bilər.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir.

Bəxtiyar Məmmədov bu prosesdə vətəndaşların sosial məsuliyyət daşıdıqlarını deyib. Qurum rəsmisi bildirib ki, bu cür halların baş verməməsi üçün təkcə platformalarda deyil, qatarlara minərkən də maskalar təyinatına uyğun taxılmalıdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

"Paşinyan, arvadına de, özünü güldürməsin!" - Aybəniz Haşımova

Diqqət!“WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - Foto

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”

loading...

Ən çox oxunanalar