Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Metro şefinin dilini anlamaqda xeyli çətinlik çəkdim” — Fazil Mustafadan irad

“Şəxsən mən, ötən gün bizim yeraltı dünyamızın, yəni metromuzun şefinin mətbuat konfransında təqdim etdiyi Azərbaycan dilini anlamaqda xeyli çətinlik çəkdim”...

Azərbaycanda fikrini ana dilində ifadə etmək məsələsində ən çox ittihama məruz qalan xarici işlər nazirimiz olub. Ardınca bir çox məmurların da, ictimai xadimlərin də öz fikrini dövlət dilimizdə çatdırmasında problemlər ortaya çıxır. Şəxsən mən, ötən gün bizim yeraltı dünyamızın, yəni metromuzun şefinin mətbuat konfransında təqdim etdiyi Azərbaycan dilini anlamaqda xeyli çətinlik çəkdim”.

Bunu deputat Fazil MustafaBakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun Azərbaycan dilində səlis danışa bilməməsinə münasibət bildirərkən deyib.

“İnanın ki, mən ana dili üzərindən aparılan qaralama və ya aşağılama kampaniyasının qətiyyən tərəfdarlarından deyiləm, hətta bir çox hallarda rusdilli aydınlar, yaxud ingilisdilli aydınlar içərisində Vətənə səmimi bağlılığın daha çox detallarını müşahidə edirəm. Və onların düşüncə məhsullarından öz dilimizdə yazanlardan daha çox faydalanıram. Anlaşılandır, adam elə bir mühitə düşüb ki, vaxtında öyrənə bilməyib, indi də yaşlaşdıqca bunun əziyyətinə qatlaşa bilmir. Əslində mənim də xarici dil öyrənmə sahəsində qabiliyyətim aşağı olduğuna görə bu mövzuda hamıdan çox özümü danladığımı söyləyə bilərəm. Maraqlıdır ki, hər bir qurumun öz mətbuat xidməti var, bu xidmətə ən hazırlıqlı dil bilgisi olan mütəxəssislər götürsələr belə, qarşılarına tələb qoymaq olmaz ki, öz rəisinizin və ya nazirinizin Moltanı Azərbaycan dilində səsləndirdikləri fikirləri Ədəbi Azərbaycan dilinə tərcümə edin! Ola bilsin ki, bu insanlar yaxşı mütəxəssidirlər, Azərbaycan dilini yaxşı bilməsələr də rus və ingilis dillərində fikirlərini çox rahat ifadə edə bilirlər, dilimizi təhrif etməkdənsə, dövlət dilini əsaslı şəkildə öyrənənə qədər ən azı mətbuat konfranslarında bu dillərdə danışsınlar və fikirləri dəqiq tərcümə olunsun. Bu, əlbəttə çox sayda məmura aid məsələ deyil, ancaq bütün hallarda Azərbaycanda yüksək mövqe tutmaq istəyənlərin indidən bu dili fikrini rahat izah edəcək səviyyədə öyrənməsi vacibdir”, -deyə deputat əlavə edib. (demokrat.az)

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar