Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Mətbuata guya son on illər ərzində 100 milyon manat ayrıldığını iddia edirlər”

"Araşdırma aparıram, yaxın günlərdə cəmiyyəti, bütövlükdə media cameəsini maraqlandıracaq mənzərə ortaya cıxacaq. Mediada islahatlar ərəfəsində hamı mənbəyi bəlli olmayan bir faktı geninə boluna istifadə edir. Mətbuata guya son on illər ərzində 50 milyon, bəzən isə 100 milyon manat ayrıldığını iddia edir və hesabat tələb edirlər. Hesabat tələbində haqlıdırlar. Hər məsələ, problem açıq şəkildə müzakirə olmalı, şəffaflıq gözlənilməlidir. Amma qəzetlərə yönəlik əks - təbliğatda iddialılar haqlıdırlar? Yox, bilmənalı yox".

PİA.az xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.

A.Aşırlı bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son on illər büdcəsinə nəzər yetirilsə aydın mənzərə ortaya çıxar:

"Bilavasitə qəzet redaksiyalarına ildə iki dəfə ayrılan vəsaiti (hər 6 aydan bir 1 milyon, bir milyon 200 min manat) hesablasaq, bu, son 10 ildə 20-22 milyon manat vəsait edir. Bəs bu 50, 100 milyon manat iddiası hardan qaynaqlanır? Son 10 ildə ayrılan vəsaitin əvvəl 33 qəzetə, sonra getdikcə azalan xətlə 19 mətbu orqana ayrıldığı bəllidir. Araşdırmaların nəticəsində aydın olur ki, dövlətin bədi-ədəbi nümunələrin, uşaq ədəbiyyatının nəşri ücün hər il ayırdığı 1 milyon 200 min manatdan cox vəsaiti də gündəlik qəzetlərin payına əlavə edirlər. Məsələn, hər 6 aydan bir "Ədəbiyyat" qəzetinə 200 min manat vəsait ödənilir. "Ulduz" jurnalı , "Azərbaycan" jurnalı, "Göyərcin", "Savalan", "Günəş" qəzet və jurnalları gündəlik, günaşırı və həftəlik qəzetlərdən cox vəsait alır. Amma qınaq obyekti bütövlükdə ictimai-siyasi qəzetlər olur". (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad edildi

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Bu görüntülərə görə Elzanı yenə ələ saldılar - Fotolar

Ən çox oxunanalar