Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

PİA.az musavat.com-a istinadla bildirir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər “Artistlik edib “İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən...!”, “Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.

Çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.

Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:

“Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar