Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mesut Özil rəsmən "Fənərbağça"da - Yenilənib

Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.

33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik" deyə o, vurğulayıb.

***

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mesut Özilin transferi üçün azarkeşlərin köməyi ilə pul toplamağı planlaşdırır.

PİA.az-ın məlumatına görə, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".

"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.

Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq. (Report)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

Ən çox oxunanalar