Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messi klonlaşdırıla bilər

Avropa Genetik Arxivinin rəhbəri, genetik-alim Arkadi Navarro, günümüzün yüksək texnologiyalarının argentinalı futbol ulduzu Lionel Messini klonlaşdırmağa imkan verdiyini bildirib

Alimin açıqlamasından "Mundo Deportivo" nəşri sitat gətirib.

Navarro əmin edir ki, genetiklər "Barselona" klubunun hücumçusu Messiyə son dərəcə bənzəyəcək insan "yarada bilər".

"Belə olan halda Messinin əkizini əldə edərdik. Sanki onlar eyni vaxtda doğulub, sadəcə, birini 20 il müddətinə dondurublar", - alim bildirib.

Messi "Barselona" tarixinin ən yaxşı bombardiridir. Klubda çıxış etdiyi müddət ərzində 674 matça 591 qol vurub.

Heyvanların klonlaşdırılması ilə bağlı təcrübələr hələ ötən yüzilliyin ikinci yarısından etibarən aparılıb.İnsanı klonlaşdırma cəhdləri də olub. Habelə bir çox ölkələrdə insanın klonlaşdırılması qeyri-etik və qanuna zidd hesab olunur. Məsələn Fransa, Almaniya, İspaniya, ABŞ kimi ölkələrdə insanın klonlaşdırılması qadağan olunub.

Klonlaşdırmanın süni mayalanmadan fərqi

Klon - yunan sözü olub, "budaq", "gövdə" mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. Bəzən klonlaşdırma süni mayalanma ilə səhv salınır. Bu, doğru deyil. Süni mayalandırma dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur.(oxu.az)

pia.az


Etiket: Messi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar