Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurların uyuduğu məzarlıq – bahalı baş daşları, ziyarətçi axını

Moskvadakı Novodeviçye monastrının ərazisində yerləşən eyniadlı məşhur Novodeviçye qəbirstanlığının tarixi 16-cı əsrin əvvəllərinə təsadüf edir

Səkkiz hektara yaxın ərazisi olan qəbirstanlıqda 27 mindən artıq insan dəfn olunub. Bu illər ərzində statutusunu bir neçə dəfə dəyişən Novodeviçye qəbirstanlığı üç ərazidən ibarətdir: köhnə, yeni və ən yeni.

SSRİ dövrünün ilk illərində hökumətin qərarı ilə qəbirstanlığa xüsusi status verilib. Həmin qərara görə, qəbirstanlıqda yalnız dövlət qarşısında xüsusi xidmətləri olanlar, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri, marşal və generallar üçün yer ayrılıb. Beləliklə, bu dünyanın tanınmışları o dünyada da eyni məkana “yığışıblar”.

Yer üzündə olduğu kimi, yerin altında da məşhurlar arasında qruplaşmalar yaranıb. Belə ki, Novodeviçye qəbirstanlığında siyasətçilər bir sahədə, eyni səhnəni bölüşən sənət adamları eyni sahədə, marşal və generallar isə yerin altındakı eyni “cəbhə”də yer alıblar.

İl ərzində fəsillərdən asılı olmayaraq məşhurların görüşünə saysız-hesabsız insanlar gəlir. Bunun üçün qəbirstanlıqda xüsusi ekskursiya bürosu fəaliyyət göstərir. Büronun əməkdaşları məşhurların qəbirlərinə istiqamət verməklə yanaşı, onlarla bağlı dolğun məlumatlar da verirlər.

Nikita Xruşovun dəfnindən bir neçə gün sonra Moskva şəhər İcraiyyə Komitəsinin qərarı ilə Novodeviçye qəbirstanlığını ziyarət etmək ödənişli əsasda həyata keçirilməyə başlanıb. Belə ki, həmin ərəfədə məzar daşlarına qəsdən zərər yetirmə halları çoxaldığından hökumət bu qərarı verməyə məcbur olub. Həmçinin Nikita Xruşovun məzar daşını dağıtmağa cəhd edənlər də olub və vaxtında qarşısı alınıb.

SSRİ dövründə Novodeviçye qəbirstanlığına girişə tez-tez qadağa qoyulub, qəbirstanlıq çoxsaylı mühafizəçilər tərəfindən mühafizə olunub. Düzdür, bu maksimum 1-2 saat çəkib, amma təhlükəsizlik tədbirləri tam ciddi şəkildə həyata keçirilib. Bu qadağalar SSRİ rəhbərlərinin qəbirstanlığı ziyarət etmələri ilə bağlı olub.

İosif Stalin Novodeviçye qəbirstanlığında dəfn olunan həyat yoldaşı Nadejda Alliluevanı yalnız gecələr ziyarət edib. Ziyarətdən bir neçə saat əvvəl çoxsaylı mühafizə dəstəsi qəbirstanlığı tam nəzarətə götürüb. Stalinin baş mühafizəçisi general Vlasik öz xatirələrində bu haqda yazıb:

“Stalin həyat yoldaşının məzarını yalnız gecələr ziyarət edirdi. O qəbirstanlığa gələndə mühafizəçilərin ondan xeyli aralı məsafədə dayanmasını əmr edirdi. Çünki Stalin istəmirdi ki, onun göz yaşlarını kimsə görsün. Amma mən hər dəfə bu səhnənin canlı şahidi olurdum. Xidməti vəzifəmə görə mən ondan uzaq məsafədə dayana bilməzdim. Bu isə Stalinin qıcığına səbəb olurdu və bəzən buna görə səsinin tonunu qaldırırdı, yaxud narazılığını bildirdi. Amma bu “inciklik” tez bir zamanda aradan qalxırdı...”

Leonid İliç Brejnevin də yolu da tez-tez Novodeviçye qəbirstanlığından düşüb. Baş katib əlamətdar günlərdə bu qəbirstanlıqda dəfn olunan anasını ziyarət edib. Brejnevin qəbirstanlığa gəlməsi daha “təmtəraqlı” olub. Əsasən, həmin dövrdə müdafiə naziri olan marşal Dmitri Ustinov və Mərkəzi Komitənin katibi Andrey Kirilenko ilə ziyarətə gələn Leonid İliç məzar daşının qarşısında anasının ruhunun şərəfinə bir-iki qədəh də qaldırıb.

Uzun illər SSRİ Nazirlər Sovetinin sədri olmuş Aleksey Kosıgin Novodeviçye qəbirstanlığında dəfn olunan doğmalarını ziyarətə gələndə heç kimi narahat etməyib. Sürücüsü və köməkçisindən başqa heç kim baş nazirin ziyarətindən xəbərdar olmayıb. Kosıgin hər dəfə ziyarətə gələndə qəbirstanlıqda işləyənlərlə görüşüb, problemlərlə maraqlanıb.

1970 –ci ildə Novodeviçye qəbirstanlığı çənub tərəfdən iki hektara qədər genişləndirilib. SSRİ Nazirlər Soveti qəbirstanlıqda aparılacaq abadlıq və təmir işlərinə görə mütəmadi olaraq pul vəsaiti ayırıb.

Novodeviçye qəbirstanlığı olduqca bahalı məzar daşları ilə də diqqəti çəkir.

“Baharın on yeddi anı” filminin baş qəhrəmanı Ştrillisin obrazını yaradan aktyor Vyaçeslav Tixonovun İtaliyada hazırlanmış qəbirüstü abidəsinə 5 milyon rubl xərclənib.

 

Yuri Nikulinin kifayət qədər qiymətli daşlardan hazırlanmış abidə kompleksi də ziyarətçilərin diqqətini çəkən “səhnə”lərdən biridir.

Marşal Georgi Jukovun obrazını yaradan xalq artisti Mixail Ulyanovun qara və qırmızı qranitdən hazırlanmış qəbirüstü abidə kompleksi öz əzəməti və dəqiq cizgiləri ilə maraq doğurur.

Ümumiyyətlə, Novodeviçye qəbirstanlığında bir-birindən fərqli olan qəbirüstü abidələrin hər biri böyük bir sənət əsəri kimi qiymətləndirilir.

Qeyd edək ki, hazırda da Novodeviçye qəbirstanlığına böyük turist axını var.

Göründüyü kimi, “birincilər” sağlıqlarında olduğu kimi, dünyalarını dəyişdikdən sonra da öz məşhurluqlarını itirmirlər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar