Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Məşhur xanım ulduzun cinsi istismar qalmaqalı – Feministlər buna niyə göz yumurlar?

Rus jurnalist Tina Kandelaki iddia edir ki, bir iş qonaqlığında içkili olarkən özü istəmədiyi halda Keyti Peri onu öpüb və intim bölgələrinə toxunub...

Viktoriya Qaldiro-Silver
“The Independent” qəzeti, ABŞ, 20 avqust 2019-cu il

Feminist olduğunu deyən hər kəs Keyti Perri barədə deyilən ittihamları diqqətlə izləməlidir. Əgər Coş Klos qadın, Keyti Perri də kişi olsaydı, yəqin ki, Klosun başına gələnlər manşetlərdə çıxardı və radiolarda artıq Perrinin mahnılarını eşitməzdik.

Təxminən 2 ildir təcavüz və qısnama hadisələrində adı tez-tez çəkilən ulduzlar arasında bir qadın - Keyti Perri (Katy Perry) də var. O, iki kişini və bir qadını cinsi istismar etməkdə ittiham olunur.

Təkcə güclü kişilərdən gördüyümüz cinsi istismar ittihamları indi məşhur bir qadına qarşı yönəlibsə, bu halda nə edə bilərik?

Son zamanlarda #MeToo (mən də) və Time's Up (vaxt bitdi) kimi feminist hərəkatları get-gedə böyüyərkən, Keyti Perri ilə bağlı ittihamlar da bu prosesdən yan keçməməlidir. Müğənni cinsi istismar ittihamları ilə üz-üzə qalıb.

Rus jurnalist Tina Kandelaki iddia edir ki, bir iş qonaqlığında içkili olarkən özü istəmədiyi halda Keyti Peri onu öpüb və intim bölgələrinə toxunub. 2010-ci ildə isə “Teenage Dream” klipi çəkilərkən Perri ilə işləyən Coş Klos isə deyir ki, o, müğənni ilə birlikdə getdiyi bir qonaqlıqda Keyti onun cinsiyyət orqanını öz dostlarına göstərib.

Üstəlik, bu, Perrinin etdiyi ilk cinsi istismar hadisəsi də deyil. Bir neçə il əvvəl “American Idol” yarışmasının iştirakçılarından biri Perrinin onu icazəsiz öldüyünü iddia etmişdi. Lakin, o, Perrini məhkəmə verməmişdi. Perri, həmçinin, 2017-ci ildə hələ uşaq olan Şoun Mendesin (Shawn Mendes) intim bölgələrinə toxunarkən kameraya düşmüşdü. Lakin bu dəfəki ittihamlar daha ciddidir. Klos öz “Instagram” hesabında belə bir paylaşım edib:

“Dostumu onunla tanış etmək üçün çevriləndə bir də gördüm ki, Keyti şalvarımı və alt paltarımı aşağı çəkib cinsiyyət orqanımı bir neçə oğlan dostuna və ətrafdakı digər insanlara göstərdi. Necə utandığımı təsəvvür edə bilirsinizmi? Bunu ancaq indi etiraf edə bilirəm, çünki ölkəmizdə hər kəs yalnız güclü kişilərin azğınlığını sübut etməyə çalışır. Lakin güc sahibi olan qadınlar da eyni dərəcədə ürək bulandırır.”

Klos haqlıdır. Cinsi istismar barədə 3 dəfə ittiham olunmasına baxmayaraq, Keyti Perri hələ də proqramlara çıxır və ictimai qınaqlara məruz qalmır. Əgər müğənniyə qarşı irəli sürülən ittihamlar sübut olunarsa, Keyti mütləq şəkildə bu sektordan kənarlaşdırılmalıdır.

Lakin bütün bunlara baxmayaraq, Klosun Perri barədə yazdığı qınaq dolu yazının altında insanlar Klosu ittiham edən şərhlər yazırlar. Bu şərhlərdə Klos qısnamaya məruz qalır, günahlandırılır, hətta insanlar onun diqqət çəkmək üçün belə yazılar yazdığını düşünürlər. Bunlar sizə də tanış gəlir, elə deyilmi? Çünki cinsi şiddətin qurbanı olan qadınlar da bu cür təzyiqlərə məruz qalırlar.

Bu iddialar göstərir ki, Klos cinsi şiddət qurbanıdır. O, başına gələnləri danışmaq üçün 9 il gözləyib, çünki onun karyerasını bitirə biləcək qədər güclü bir qadınla üz-üzə gəlməkdən qorxub. Əgər Klos qadın, Keyti də kişi olsaydı, ortaya atılan bu ittihamlar xəbərlərə çıxardı və radioda Perrinin mahnıları verilməzdi. Amma vəziyyət belə deyil.

Kişilər cinsi şiddət qurbanı olduqda ciddiyə alınmırlar. Başına gələn istismarı cəsarətlə danışan kişilərə isə “kişi ol” və ya “həzz al” deyirlər. Şiddət dolu kişilik anlayışını gücləndirən bu cür fikirlər elə bir situasiya yaradır ki, sanki, kişilərə qarşı edilmiş cinsi istismar bir cinayət deyil. Bu da kişilərin istismar problemini daha da dərinləşdirir. 2015-ci ildə yayımlanan bir hesabatda göstərilir ki, amerikalı kişilərin demək olar ki, yarısı həyatlarında ən azı bir dəfə cinsi qısnamaya məruz qalır. Yəni bu, ciddi bir məsələdir.

Perri feminist kimi tanınsa belə, bu cür ittihamlar göstərir ki, gücdən və şöhrətdən cinsi əlaqə üçün sui-istifadə etmək təkcə kişilərə xas hərəkət deyil. Feministlər kişilərə qarşı yönəlmiş cinsi şiddətin qadınlara qarşı olan cinsi şiddət qədər önəmli və real olduğunu qəbul etməlidirlər.

Mən, bir feminist olaraq Coş Klosa inanıram. İddia etdiyi ittihamlar qarşısında Klosa hər zaman dəstək olacağam. Əgər Kristin Blezi-Fordu, Roz Mekqovanı və Robert Kellini ittiham edən insanların yanında olmusunuzsa, Coş Klosun da yanında olmalısınız.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...