Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur ukraynalı model Türkiyədə vəhşicəsinə döyüldü - Foto

Ukraynalı məşhur model Darya Kuruliyuk

ötən gün İzmirin Çeşmə bölgəsində yerləşən nüfuzlu çimərliklərin birində vəhşicəsinə döyülüb.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə modelin özü "İnstagram" səhifəsində məlumat paylaşıb.

Model ingilis, türk və rus dilində qeyd edib:

"Səssiz qalmaq istəmirəm. Mənim, sevgilimin və 3 yaxın rədiqəmin başına nə gəldiyini anlatmaq istəyirəm. Türkiyənin Çeşmə bölgəsindəki "Momo" çimərliyinin mühafizəçiləri bizə hücum etdilər. Mən də daxil olmaqla 4 qızın üzünə çox saylı yumruqla vurdular, uşaqlar çox pis halda yaralandı. Hadisə ilə bağlı polisə şikayət etdik. Olanlara göz yummamalıyık".

Hadisə ilə bağlı polis artıq araşdırmalara başlayıb. Olayın hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Türkiyə mətbuatının yazdığına görə adı çəkilən "Momo" çimərliyində bu cür hadisələr tez-tez baş verir. Ötən il çimərliyin ofisiantları günəşlənən gənc qadının üzərinə buz tökmüşdülər. Hadisəyə səssiz qalmayan digər kişi müştəri isə çimərliyin 10 əməkdaşı tərəfindən vəhşicəsinə döyülmüşdü.

Ukraynalı məşhur model Darya Kuruliyukun başına gələn hadisə sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Bir çox türkiyəli tanınmışlar ona dəstək verərək, baş verən hadisədən şoka düşdüklərini bildiriblər.

pia.az


Etiket: Darya Kuruliyuk


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar