Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur professor: “Ölümcül ola bilər”

"Omikron" variantının təsiri bütün dünyada günü-gündən artır. Təkcə Türkiyədə deyil, Avropa və Amerikada da yoluxmaların sayında artım var.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə mütəxəssis Serhan Sakarya danışıb.

O bildirib ki, "omikron" ştamının yoluxuculuğu digər variantlardan qat-qat yüksəkdir:

"Peyvənd olunmayanlar "omikron"u yüngül keçirmir. Peyvənd olunmamış xəstələr hər dəfə ağciyər və tənəffüs problemi ilə gəlirlər. Türkiyədə yoluxma sayı gələn həftə ikiqat artacaq. Xalq Yeni ili küçələrdə və əyləncə məkanlarında qeyd etdi. Odur ki, müsbət test nəticələrinin sayı iki dəfə artdı".

Mütəxəssis hesab edir ki, daha ölümcül bir ştamın ortaya çıxmayacağına dair heç kim zəmanət verə bilməz:

"COVID-19 qrip kimi bir müddət davam edəcək. Ancaq artıq pandemiya sona çatmalıdır. Vəba pandemiyası təxminən 25 il davam etdi, dünyadakı insanların üçdə biri bu pandemiya səbəbilə həyatını itirib. Odur ki, virus bəzən başqa bir virusla birləşə bilir. SARS, ya da MERS kimi bir virusla birləşərsə, ortaya çıxacaq yeni "Chucky" kimi ölümcül ola bilər".

Serhan Sakarya vurğulayıb ki, pandemiya 2022-ci ildə başa çatmayacaq:

"Təəssüf ki, pandemiyanın bir anda bitəcəyini düşünmürəm. 2023-cü ilin əvvəllərinə qədər hələ də COVID-19 gündəmdə olacaq. Çünki dünyada hələ peyvənd ala bilməyən ölkələr var. Bu variantlar bu ölkələrdən çıxır. Vaksinasiyanın sadəcə bir ölkədə aparılması vəziyyəti xilas etmir. Bütün dünyada eyni dərəcədə həyata keçirilməlidir". (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar