Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb

Terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Radikal dini təriqətlərdən birinə mənsub olan Samir xarici ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrə qoşulduğu üçün onun barəsində cinayət işi açılıb və axtarışa verilib. Daha sonra isə o, Dağıstan ərazisində tutulub.

Məlumata görə, Samir İbrahimovla birgə İŞİD terror təşkilatının üzvləri: Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov və Şamil Maqomedov da tutulub.

Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq".(Publika.az)

pia.az

Etiket: Filipp Kirkorov

Şərh yazın.

loading...