Şənbə, 19 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Məşhur iş adamının qardaşı oğlu məşhur bəstəkarın nəvəsini amansızlıqla qətlə yetirdi

Məşhur iş adamının qardaşı oğlundan dəhşətli əməl...

Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib.
PİA.az Criminal.az-a istinadən xəbər verir ki, qətli törədən onun dostu, "Altes Qrup"un perezidentinin qardaşı oğludur.

Dəhşətli cinayət bir neçə gün əvvəl Ukraynada törədilib. Almaniyada təhsil alan Cavid Hacıyev Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev dostunun dəvətini qəbul edərək həmin şəhərə gedib.

O, dostu Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyidin üzərində qəddarlıqlar edib.

O, meyidin qoxusunun gəlməməsi üçün cəsədin üzərinə kofe, yağ, benzin töküb. Hətta əlil arabası da sifariş verib, evdə olan balta və benzo-pila ilə meyidi doğrayaraq mənzildən çıxarmaq istəyib. Bunun üçün cəsədi hamama aparıb, lakin fikrini dəyişib, onu yandırmaq istəyib, bu da alınmadıqda qaçıb. Cəsəd mənzildə 3-4 gün qalıb, qoxu gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər həmin mənzilə gəlib C.Hacıyevin qətlə yetirdiyinin şahidi olublar.

Ə.Abdullayev dostunu Ukraynaya, oradan da Avropa turuna dəvət edən zaman Cavid artıq Frankfut-Bakı təyyarə reysi üçün bilet alıbmış. Əli israrla ona bileti dəyişdirdib və Kiyevdə gəzməyə gəlməyə razı salıb.

C.Hacıyevin itkin düşməsi xəbəri yayılanda Əlinin qardaşı onun ailə üzvlərinə deyib ki, özü gedib onları tapacaq. O tək Kiyevə yollanıb, iki saatlıq Borispil aeroportunda olub və kiməsə bir çemodan verərək geri qayıdıb. Cavidin anasına isə deyib ki, anası xəstələndiyindən təcili geri qayıtmalı olub.

Hazırda Ə.Abdullayevin Moldovaya qaçaraq gizləndiyi ehtimal olunur.

C.Hacıyevlə Əli Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olublar. Birinci kursda Ə.Abdullayev universitetdən qovulub. Ə.Abdullayevin əksər şəkillərində əli ilə altı (şestyorka), yəni satanistlərin işarəsini göstərib. Eyni zamanda köynəyinə yazılan yazı da satanizmi aşılayır.

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

pia.az

Əli Abdullayev

Əli Abdullayev

"Altes Qrup"un prezidenti Rüstəm Abdullayev 



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - Video

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar... – İrəvanın gizli sənədi ortaya çıxdı

Azərbaycanda qadağalar geri qayıdır - Açıqlama

Ərəb Şeyxi ilə Zeynəbin arasındakı problemin səbəbi açıqlandı

İntihar edən Naidə İsayevanın atası və qardaşı danışdı

Tofiq Yaqublu qızının məzarını ziyarət etdi - Foto

"Pul, gəlir yoxdur... Uşaqlarım da məni ciddi qəbul etmir" - Emin Ağalarov

Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi - Fotofakt

Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Baş Prokurorluq müəllimin intiharı ilə bağlı daha bir məlumat yaydı

loading...

Ən çox oxunanalar