Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur həkim: “Dəniz havası güclü zəhərdir, öldürücü qazdır”

Dəniz havası düşünüldüyü qədər xeyirli deyil...

“Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s”.

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, iddia edib ki, dəniz havası düşünüldüyü qədər xeyirli deyil:

“Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur. Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır. Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram”.(Publika.az)

pia.az


Etiket: dəniz havası


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar