Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur generalın adı dələduzluqda hallanır - Məhkəmə hökmü

Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun adı dələduzluqla bağlı cinayət işində keçir.

Gununsesi.info bildirir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan David Aydəmirovun cinayət işinin materiallarında əks olunub.

Belə ki, David Aydəmirov generalın əmisi oğlu olduğunu vurğulayaraq, onun adından çoxsaylı adamlardan pulları toplayıb.

Keçmiş korpus komandirinin adından istifadə edən əmioğlu onları , “işə düzəltmə” vədiylə aldadıb.

67-yaşlı David Aydəmirovun Quba-Qusar zonasında yaşayan adamları övladlarını işə düzəltmək vədiylə aldatdığı iddia edilir. Cinayət işinin materiallarında göstərilib ki, o, həmin şəxsləri Fövqəladə Hallar Nazirliyinə (FHN), yaxud bu nazirliyin tabeliyindəki idarələrə işə düzəldəcəyinə söz verib. danışıqlarda general-leytenantın əmisi oğlu olduğunu, FHN-də tanışlarının çalışdığını söyləyib, bağlantılarından faydalanacağını bildirib.

Araşdırmalar zamanı o da məlum olub ki, David Aydəmirov işdən ötrü pul verənləri ayrı-ayrı vaxtlarda metronun “20 Yanvar” stansiyasının yaxınlığında FHN-in idarəsində bir nəfərlə görüşdürüb. Həmin şəxsi məsələni çözəcək adam kimi tanıdaraq pulun da ona çatacağını söyləyib. Şahidlərsə deyir ki, David Aydəmirov həmin idarədə görüşdüyü şəxslə ümumi söhbət edib, iş adıyla apardıqlarını da öz qohumu kimi təqdim edib. Bir qədər söhbətləşəndən sonra iradədən çıxaraq rayona qayıdıblar. Yəni orada işə düzəltmək, pul verilməsi haqda söhbətlər olmayıb.

David Aydəmirov ona qarşı irəli sürülmüş ittihamları qəbul edir, özünü təqsirli sayır. O etiraf edib ki, övladını işə düzəlmək adıyla birindən 6 min, başqasından 8 min manat alıb.

Aydəmirov işə düzəltməyə söz verdiyi adamları FHN-in idarəsinə aparmasını belə izah edib: “Məsələn, Zauru ora aparmaqda məqsədim ona və atası Maluddinə onların işiylə məşğul olduğunu yalandan göstərmək idi. Həm də Maluddinin verdiyi pulu xərcləmişdim, pulu qaytarmaqdan ötrü vaxt qazanmağa çalışırdım”.

Ona dələduzluqla yanaşı, həm də rüşvət verməyə təhrik ittihamı irəli sürülüb. Ancaq o, kimsəni rüşvət verməyə təhrik etmədiyini, əməlindən də çox peşman olduğunu deyir.

Alınan pullar geri qaytarılıb

İş üçün pul verən şəxslər zərərçəkmiş yox, şahid kimi tanınıb, çünki verilən pullar rüşvət kimi dəyərləndirilib. Onlar məhkəmədə ifadə verərkən deyiblər ki, David Aydəmirov aldığı pulları geri qaytarıb, ona görə şikayətçi deyillər.

David Aydəmirov bundan öncə – 2017-2020-ci illərdə Bakı Hərbi Məhkəməsinin, Quba və Qusar rayon məhkəmələrinin hökmüylə üç dəfə məhkum edilib. Dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlandığından ona iki dəfə cərimə cəzası kəsilib. Sonuncu dəfə azadlığı 2 il 6 ay məhdudlaşdırılıb. Son cəzası tam ödənilməyib.

Bu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan David Aydəmirovun çəkilməmiş cəzası da nəzərə alınmaqla, ona 6 il həbs cəzası kəsilib.

Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov 2014-cü ildə ehtiyata buraxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar