Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur “Fontanka” nəşri şəmkirlilərdən yazdı

Şəmkirlilər Sankt-Peterburqun meyvə bazarını necə ələ keçirib?

Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz təchizatı ilə məşğul olan şirkətlərin yarıdan çoxu bir vaxtlar Azərbaycandan “şimal paytaxtı”na üz tutanlara məxsusdur. “Fontanka” nəşrinə istinadən xəbər verir ki, azərbaycanlılar meyvə idxal edən kiçik şirklətlərin 90%-dən çoxuna nəzarət edirlər.

Mənbə əlavə edir ki, bu işin ən maraqlı tərəfi həmin azərbaycanlıların hamısının Şəmkir rayonundan olmasıdır. Məsələn, “Ruzifrut” və “Aybarus” şirkətlərinin sahibləri Elbrus Məmmədov və Elçin Əhmədov Azərbaycanın şimal-qərbində yerləşən bu rayondandırlar.

“Əhməd Frut” şirkətinin sahibləri Aydın Musayev və İlham Hacıyev isə Şəmkir rayonunun Şiştəpə kəndindəndirlər. Yeri gəlmişkən, həmin ikili iqtidadiyyatın digər sahələrində də fəaldır: bu yaxınlara qədər “Dunay” və “Parnas-Siti” ticarət mərkəzləri onlara məxsus idi.

Hazırda bu aktivlərdən “Əhmıd Frut”la rəsmi olaraq yalnız “Parnas-siti” TM bağlıdır. Bina Hacıyevin həmtəsisçisi olduğu “Sidney” MMC-nin adına qeydiyyatdan keçib. Bu şirkət Peterburq hakimiyyəti ilə şəhərin şimalında dəyəri 1 milyard rubl olan avtovağzal tikintisi ilə əlaqədar saziş bağlayıb, lakin öhdəliklərin yerinə yetirilməsi yubadılır.

Nəşr vurğulayır ki, faktiki olaraq Azərbaycanın bir kəndinin yetirmələri Sankt-Peterburqun çoxmilyardlıq meyvə-tərəvəz idxalı bazarının 30%-nə nəzarət edirlər.

Bildirildiyinə görə, Rusiyanın Avropa hissəsinə meyvə-tərəvəzin böyük hissəsi Türkiyədən, Misirdən, Mərakeşdən, Pakistandan və Latın Amerikası ölkələrindən idxal edilir. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar