Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - “Tütək səsi”nin Sayalısı

Azərbaycanlı tamaşaçılara “Tütək səsi”, “Dəli Kür” filmlərindən tanış olan gürcü aktrisası Liya Eliava haqqında maraqlı faktlar....

Kulis.az-ın aktrisa ilə bağlı maraqlı araşdırmasını təqdim edirik:

Liya Şalvovna Eliava 1934-cü il mayın 28-də Tiflis şəhərində görkəmli partiya lideri Şalva Zuraboviç Eliavanın ailəsində anadan olub.

Yeniyetməlik illərindən aktrisa olmağı düşünən Liya orta məktəb təhsilini başa vuran kimi Gürcüstanın Dövlət Teatr İncəsənəti İnstitutuna daxil olur. 1955-ci ildə təhsilini uğurla başa vurur. Onun ilk iş yeri Kote Marcanişvili adına teatrının səhnəsi olur.

Onun aktrisa kimi kinoda ilk debütü rejissor David Rondelinin “Yoldakı kölgə” filmindəki Nino rolu olur. Bir il sonra isə aktrisa “Qadının taleyi” filmində Keto rolunu canlandırır.

Bir müddət sonra aktrisa Şota Rustaveli adına teatrda fəaliyyətə başlayır. Rusiyada təhsilini davam etdirərək Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. “Başı-açuk”, “Mamlyuk”, “Mən günəşi görürəm”, “Yarıda qalmış mahnı”, “Tonqallar yanır”, “Çay”, “Baqration” adlı filmlərə çəkilir.

Liya 24 yaşında “Başı-Açuk” filminə çəkilərkən teatrın və kinonun yaraşıqlı aktyoru, qadınların sevimlisi Otar Koberidze ilə tanış olur. Onların dostluğu qısa zaman içərisində böyük sevgiyə çevrilir. Lakin həmin ərəfədə məşhur aktyor ailəli olur. Birlikdə bir neçə filmdə tərəf müqabili olan cütlük bir müddət sonra ailə qurmağa qərar verirlər. Beləliklə, Otar həyat yoldaşından ayrılıb Liya ilə ailə qurur. Bu evlilikdən onların Nana adlı bir qızları dünyaya gəlir.

Liya Eliava azərbaycanlı rejissorların ekranlaşdırdığı 3 filmdə rol alıb. 1969-cu ildə “Dəli Kür” 1974-cü ildə “1001-ci qastrol” və 1975-ci ilə “Tütək səsi”ndə. Aktrisa azərbaycanlı tamaşaçılara ən çox “Dəli Kür”də Şahnigar və “Tütək səsi”ndə Sayalı obrazları ilə tanışdır. Bu filmlərə çəkildikdən sonra aktrisa Azərbaycanda məşhurlaşır.

“Dəli Kür” filmində Liya Eliava ilə tərəf müqabili olan Xalq artisti Ənvər Həsənov aktrisanı xatırlayaq deyir: "Liya Eliava əsl peşəkar idi, rola çox ustalıqla yanaşırdı. Onun bu yanaşması filmdə məharətlə təcəssüm olunurdu. Bundan başqa, o çox yaxşı insan idi. Çəkiliş meydançasında hamı ilə mehriban münasibət saxlayırdı. “Dəli Kür” filminin sevilməsində Liyanın da böyük payı vardır".

Liya aktrisalıq fəaliyyəti dövründə 40-dan çox filmə çəkilir. 1976-cı ildə Gürcüstanın Xalq artisti adına layiq görülür.

Liya ömrünün sonuna qədər əri Otarla birlikdə yaşayır. 8 oktyabr 1998-ci ildə 64 yaşında doğma şəhəri Tiflisdə dünyasını dəyişir. Onun ölümündən on yeddi il sonra həyat yoldaşı Otar vəfat edir. Aktrisanın yeganə qızı Nana isə 2019-cu ildə ağır xəstəlikdən dünyasını dəyişir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

“Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

“Trampçılar” və Ukrayna savaşı – ABŞ-ın siyasi kulislərində nələr dönür?..

“Poz, qazan” və bu tipli digər oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər

Qoşqar Təhməzli hökumətin təbliğatını necə alt-üst etdi? – AQTA haqda inanılmaz iddialar

Ən çox oxunanalar