Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məşədi Dadaş” məscidi fəaliyyətini dayandırıb? - Hacı Şahindən açıqlama

“Məşədi Dadaş” məscidi iyunun 10-da açılmayacaq.

Oxu.Az-ın məlumatına görə, vətəndaşlar ibadət üçün məscidə yaxınlaşdıqlarında girişin iyunun 10-da da bağlı olacağı bildirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumatı təsdiqləyib.

O bildirib ki, “Məşədi Dadaş” məscidində pandemiya dövründən təmir işləri başlayıb:

“Hələ pandemiya dövründə məscidlərin bağlı olduğu zaman təmir-bərpa işlərinə başlanılmışdı. Biz məscidlərin açılacağını bilmirdik. Bu səbəbdən də təmir işləri yekunlaşana qədər insanları qəbul etmək mümkün olmayacaq. Artıq neçə aydır təmir işləri başladığı üçün yarıda qoymaq qeyri-mümkündür. İyun ayının 10-dan məscidlərdə namaz qılınmasına icazə veriləcək. Lakin, təmir-bərpa işləri bu tarixə qədər bitməyəcəyi üçün biz insanları qəbul edə bilməyəcəyik. Təmirlə əlaqədar işlərinin hansı müddətdə yekunlaşacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar