Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bankdan əmanətlərin sığortalanması ilə bağlı vacib açıqlama

Mərkəzi Bank əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama yayıb...

Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmiş, 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.

Mərkəzi Bankdan PİA.az-a daxil olan məlumatda bildirilir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə və bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcəkdir.

Qanuna edilmiş dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılmış olacaqdır.

pia.az


Etiket: Mərkəzi Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar