Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank və ADİF niyə əhalidə banklara qarşı inamsızlıq yaradır?

Mərkəzi Bank və ADİF hazırda ən çox narazılıq və şikayət edilən qurumlardan biridir...

Bank üzrə mütəxəssis: “Mərkəzi Bankla Əmanətlərin Sığortalanması Fondu arasında pərdəarxası konflikt hiss olunur”.

“Dövlətimiz əmanətlərin tam sığortalanması sistemini ona görə tətbiq edib ki, insanlarımız bank sistemə etibar etsin, əmanətlərini banklarda yerləşdirsinlər. Amma belə işləri görəndə təbii ki, insanlar da qorxmağa başlayırlar”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Mərkəzi Bankın və ADİF-in hansı səbəbdən əhalidə banklara qarşı inamsızlıq yaratmağa çalışmalarını PİA.az-a şərh edərkən qeyd edib.

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın lisenziyasının ləğv olunmasından sonra bu bankların əmanətçiləri Əmanətlərin Sığortalanması Fondundan (ADİF) sığortalanmış əmanətlərini ala bilmirlər. Fond açıq şəkildə əmanətçilərin depozitlərini geri qaytarmamaq üçün min bir səbəb axtarmaqdadır.

ADİF-in yürütdüyü bu siyasəti necə dəyərləndirmək olar və bu siyasət əslində əhalinin bank sistemindən uzaq qaçmasına yol açmayacaqmı? Ümumiyyətlə hansı səbəbdən Mərkəzi Bank və ADİF əhalidə banklara qarşı inamsızlıq yaratmağa çalışır?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Dövlət təcili olaraq əmanətçilərin borclarının qaytarılmasını təmin etməlidir. Yoxsa vətəndaşın bank sisteminə etibarı tamamilə yox olacaq”.

Fondun içində hansısa problemlərin olduğunu düşünən mütəxəssis əmanətlərin geri qaytarılmasında problemlərin ortaya çıxmasını PİA.az-a şərh edərkən qeye edib edib ki, Fondun problemi vətəndaşlara təsir etməməlidir. Dövlət təcili olaraq əmanətçilərin borclarının qaytarılmasını təmin etməlidir:

“ADİF-in əmanətçilərin depozitlərini geri qaytarmamaq səbəb axtarmasının bir neçə səbəbi var. Ola bilər ki, indi Əmanətlərin Sığortalanma Fondunun kifayət qədər pulu yoxdur və vaxt qazanmaq istəyir. Pulu olmadığı üçün də Mərkəzi Bankdan kredit götürməlidir. Buna görə də bütün günahı hardasa Mərkəzi Bankın üstünə atmaq istəyir. Burada Əmanətlərin Sığortalanması Fondu haqlıdır. Çünki bu işdə Mərkəzi Bankın xeyli günahı var.

Dövlətimiz əmanətlərin tam sığortalanması sistemini ona görə tətbiq edib ki, insanlarımız bank sistemə etibar etsin, əmanətlərini banklarda yerləşdirsinlər. Amma belə işləri görəndə təbii ki, insanlar da qorxmağa başlayırlar. Düşünürlər ki, sığorta ola-ola sabah ona deyəcəklər sığortan yoxdur.

Əkrəm Həsənov: “Vətəndaşın bank sisteminə etibarı tamamilə yox olacaq”.

Onu da qeyd edim ki, Mərkəzi Bankla Əmanətlərin Sığortalanması Fondu arasında pərdəarxası konflikt hiss olunur. Təəssüf ki, dövlət orqanları arasında gedən qarşıdurmanın zərərini, əzabını adi vətəndaşlar görür.

Bildiyimiz kimi fonda yeni rəhbər gəlib. Amma hələ ki, köhnə komanda orada qalıb və keçmiş rəhbər də direktor müavinidir. Ola bilər fondun içində də hansısa problemlər var. Amma Mərkəzi Bankın, ya da Fondun problemləri vətəndaşa təsir etməməlidir. Dövlət təcili olaraq əmanətçilərin borclarının qaytarılmasını təmin etməlidir. Yoxsa vətəndaşın bank sisteminə etibarı tamamilə yox olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Əmanətlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar