Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mer şəhəri könüllü tərk edən cinayətkarların hərəsinə 10 min dollar ödəməyə hazırdır

Missisipi ştatındakı Klarksdeyl şəhərinin meri Çak Espi cinayətkarlığa qarşı mübarizədə kreativ üsul təklif edib

O, öz bəyanatında bildirib ki, narkotacirlərin, quldur dəstələrinin üzvlərinin və digər cinayətkarların təzə həyata başlamalarına kömək məqsədilə onların hərəsinə 10 min dollar ödəməyə hazırdır.

Mer bu vəsaitin həmin şəxslər digər şəhərə köçdükləri halda onlara yardımçı olacağını qeyd edib. O, şəhərin təhlükəsiz olmasından ötrü şəxsi vəsaitini sərf etməyə hazır olduğunu və başqa şəhərə köçən cinayətkarların həyatlarını yenidən qurmaları üçün ilkin olaraq 10 min dollardan başladığını bildirib. Bu vəsait yeni həyata başlayanlar üçün əsas olacaq. Merin fikrincə, ola bilsin ki, cinayətkarların problemi onların pis mühitə düşməsidir və sadəcə onlara öz müsbət cəhətlərini reallaşdırmaqdan ötrü fürsət olan başqa bir yerə getmək üçün şans vermək lazımdır.

Merin fikrincə, yerli biznesmenlər və filantroplar onun təşəbbüsünü dəstəkləyəcəklər. Şəhərdən köçməyi arzulayanlar üçün mer tərəfindən yaradılan yardım fondu şəhərdə cinayətkarlığın səviyyəsinin aşağı salınması məqsədilə hazırlanan planın beş mərhələsindən biridir. Planda bildirilir ki, cinayətkarlar seçim qarşısındadırlar: ya şəhərin tamhüquqlu üzvü olaraq onun rifahı üçün çalışmalı, ya da bu yeri tərk etməlidirlər. Planda dözümsüzlük siyasəti, həyatın qorunması siyasəti, bəraət qazanma və intervensiya proqramı nəzərdə tutulub. Şəhər polisinin şefi 2018-ci il ərzində baş verən qətl hadisələrinin sayının 12-dən bu il 1-ə endirilməsinə nail olduqlarını təsdiqləyib. (AzərTAc)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar