Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimovla bağlı şahid ifadələri üzə çıxdı - Gülən pijamasını ona niyə hədiyyə edib?

FETÖ istintaqı ilə əlaqədar həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı gizli şahid ifadələri ortaya çıxıb...

Şahid ifadələrinə görə, Mənsimov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl “Ərdoğan tezliklə gedəcək” deyibmiş.

Bu barədə ötən gün iyunun 14-də Türkiyənin “Sabah” qəzeti və digər nəşrləri məlumat yayıb. Qəzet yazır ki, ötən ilin mart ayında saxlanılaraq həbs edilən azərbaycanlı iş adamı Mənsimov Mübariz Qurban oğlu barəsində FETÖ istintaqı başa çatıb.

Ona "silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib. İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Şahid ifadələrinə görə tərtib edilən ittiham aktında iddia olunur ki, Mənsimov bu ifadələri 15 iyul çevriliş cəhdindən əvvəl söyləyib.

M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və “bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib.

“Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”, -şahid deyib.

İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki “Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: "Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında Mənsimov FETÖ rəhbərinə işarə ilə "Xoca Əfəndi gələcək " deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.

A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib.

Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir (virtualaz.org).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar