Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimovdan bəyanat - Prezidentliyə namizədliyimlə bağlı çağırışlar təxribatdır

Azərbaycanlı milyarder: "Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur"

Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov son zamanlar yenidən media və sosial şəbəkələrin diqqət mərkəzinə düşüb. Son iki gündə sosial şəbəkələrdə həmyerlimizin Azərbaycanda prezidentliyə namizəd olmasına dair çağırışlar yer alır.

Gununsesi.org xəbər verir ki, ancaq Mübariz Mənsim özü barəsində yayılan bu cür çağırışların təxribat olduğunu deyib.

İş adamı özünün sosial şəbəkədəki hesabında açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik:

"Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönümlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir.

Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur.

O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram.Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərketməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Bəziləri kimi arxadan oyun oynamıram.

Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar