Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimov bütün səlahiyyətləri “Palsüd”ü batıran Paşa Paşayevə verdi

Türkiyədə yaşayan azərbaycanlı milyarder, iş adamı Mübariz Mənsimov sahibi olduğu “Palmali” şirkətinin idarəsini heç də yaxşı imiclə tanınmayan Paşa Paşayev adlı şəxsə həvalə edib...

Bu yaxınlarda həbsdən azad olunan iş adamının əslində həbsinə səbəb məhz şirkətində uzun illər onunla birgə çalışmış adamların xəyanəti və məhkəmə prosesində Mənsimovun üzünə durması faktları ictimaiyyətə bəllidir. Bu mənada “ Palmali” də CEO vəzifəsini daşiyan və Mübariz Mənsimova maddi və mənəvi zərbələr vuran iki CEO icraçısı Alaatdin Aykac və Vüqar Hüseynovdan sonra kimin bu posta təyin olunacağı maraqla gözlənilirdi.

PİA.az xəbər verir ki, Mübariz Mənsimovun etimad göstərdiyi yeni idarəçi Paşa Paşayev haqqında intrenet qaynaqlarında heç bir məlumata rast gəlmək mümkün deyil. Bu sirli təyinatın bizim araşdırmamız sonrası əldə etdiyi bilgilər də çox deyil.

“2000-ci illərin sonlarında “ Palmali” nin Azərbaycanda qurduğu “Palsüd” süd və süd məhsulları istehsal edən şirkətində bir müddət direktor kimi çalışan Paşayev heç də xoş imic formalaşdırmayıb. Böyük miqdarda maliyyə vəsaitinin xərclənməsi fonunda alınan uğursuz satış rəqəmləri onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub”.

Maraqlıdır ki, uzun bir müddət keçdikdən sonra bu dəfə Paşa Paşayev birbaşa “ Palmali” nin baş ofisinə, həm də şirkətin vəzifəcə ikinci mühüm postuna təyinat alıb. Üstəlik, Mənsimov Paşayevə, həm də Azərbaycandakı işlərə rəhbərlik etməyi həvalə edib. Azərbaycanda isə şirkətin Bakı ofisi və sponsoru olduğu “ Xəzər Lənkəran” Futbol Klubu fəaliyyətini dayandırandan sonra təkcə “ Palsüd” zavodu qalıb.

Burada isə onlarla işçinin yığılıb qalmış əmək haqqlarının verilməməsi barədə Əmək Müfəttişliyi və məhkəmələrdə icraatda olan işlər var. Aradan uzun müddət keçsə də, Paşa Paşayev şirkət sahibi Mübariz Mənsimovun “ işçilərin əmək haqqları ödənsin! “ tapşırığının da öhdəsindən gələ bilməyib.

Görünən odur ki, ölkəmizdə xeyriyyə işləri ilə kifayət qədər sevilən və populyar olan Mübariz Mənsimov növbəti, 3-cü dəfə də sağ qolunu düzgün seçməyib. Hərçənd, “Palmali” nin sonuncu CEO-su Vüqar Hüseynov hələ vəzifəsinin başında olarkən onun haqqında Azərbaycan mətbuatında kifayət qədər tənqidi, maliyyə fırılaqları barədə tutarlı məqalələr dərc olunurdu və bu gün də həmin məqalələri kiçik axtarış verməklə tapmaq mümkündür.

Təəssüf ki, o vaxtda Mənsimov belə xəbərləri görməzdən gəlmişdi...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar