Şənbə, 28 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Mənim xələfim bizim yolla getmədi...” – Sarqsyan məğlubiyyəti etiraf edir və Paşinyanı günahlandırır

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Böyük Britaniyanın “The Independent” nəşrinə müsahibə verib.

PİA.az xəbər verir ki, müharibə canisi, uşaq qatili olan və Qarabağın işğalında müstəsna rol almış Sarqsyan bu dəfə özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Erməni ordusunun məğlubiyyətini və geri çəkilməli olduğunu etiraf edən Sarqsyan, ermənilərə təskinlik verircəsinə deyib ki, hazırda Qarabağda gedən döyüşlərdə Azərbaycanın uğurları olduqca baha başa gəlir.

O da hazırkı Ermənistan rəhbərliyi kimi, guya Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə yalanı təkrarlayıb. Sarqisyan Azərbaycanın hərbi uğurlarını və irəliləməsini etiraf etsə də, işğaldan azad olunan ərazilərin gerçək miqyasını gizlətməyə çalışıb.

Daha sonra sabiq prezident Ermənistanın indiki hökumətini və onun başçısını hazırda yaranmış durumun əsas günahkarı kimi təqdim edir. Sarqsyan qeyd edir ki, Azərbaycan rəhbərliyilə uzun illər aparılan danışıqlar Ermənistanın və qondarma “DQR”-in təhlükəsizliyini müəyyən qədər təmin etməyə imkan verirdi.

Lakin Paşinyan danışıqlar prosesinə “yeni nöqteyi-nəzərdən” yanaşmaqla, bugünkü durumun yaranmasına səbəb oldu: “Mənim xələfim bizim uzun müddət uğurla getdiyimiz yolla getmədi və özünün dediyi kimi, danışıqları öz nöqteyi-nəzərindən başlamaq qərarı verdi.”

Ermənistanın sabiq prezidenti bildirib ki, indiki müharibə Azərbaycan və Türkiyənin yüksək dərəcədə hazırlığının nəticəsidir: “Türkiyə PUA-ları Azərbaycanın hücumunun əsasını təşkil edir. Belə nəticəyə gəlmək olar ki, hərbi əməliyyatlarla bağlı qərarlar birgə verilir.”

Yenə heç bir fakt ortaya qoymadan, Azərbaycanın tam rəsmi və şəffaf şəkildə aldığı silahları, eləcə də guya Azərbaycanın xaricdən miuzdluları cəlb etməsi kimi cəfəng dezinformasiyaları əsas gətirərək, ermənilərin cəbhədəki məğlubiyyətini “malalamağa” çalışan sabiq prezident, bu münaqişənin hərbi yolla həllinin olmadığını iddia edib. Hansı ki, məhz onun aktiv iştirakı ilə 1990-cı illərdə Ermənistan bu münaqişəni hərbi yolla həll etməyə çalışıb, Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal edib və uzun illər işğal olunmuş əraziləri bazarlıq predmeti kimi əlində saxlayıb. Və geri qaytarmağı heç düşünməyib də.

Həmin müsahibəsində bir tərəfdən münaqişənin yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu deyən Sarqsyan, digər tərəfdən söyləyib ki, İlham Əliyevlə təkbətək danışıqlara getməyin mənası yoxdur.

Azərbaycan Prezidentinin prinsipial mövqeyindən məyusluğunu gizlətməyən Sarqsyan, deyib: “Mən qəti əminəm ki, Əliyevlə birbaşa danışıqlar böyük səhvdir. Çünki Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”.

Sonda yenə sülh çağırışı edən hərbi cinayətkar bildirib ki, sülh müharibə yox, yalnız danışıqlar vasitəsilə əldə edilə bilər. Onu da qeyd edək ki, sözügedən müsahibənin ümumi tonu və belə demək mümkünsə, ab-havası bütün erməni cəmiyyəti kimi, Sarqsyanın da məyusluğunu və ümidsizliyini nümayiş etdirib.

Azərbaycan tərəfi isə dərhal Sarqsyanın “timsah göz yaşlarına” layiqli cavab verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın sabiq prezidentinin “The Independent”dəki müsahibəsinə cavab olaraq, öz “Twitter” hesabında yazıb: “O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

"İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə, qulağımın birini kəsəcəm" deyən tayqulaqları...

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

Xalq artistinin qardaşı özünü maşının altına atıb - Foto

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - Foto

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

Ermənilər əsirlikdə olan Azərbaycan hərbçisinin yeni fotosunu yaydılar

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay