Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim tərəfdarlarımı trol adlandıranlar çox yanılırılar”

Təxminən 10-a yaxın üzvümüz koronavirusa yoluxub...

Ümid Partiyasının sədri İqbal Ağazadənin müsahibəsini təqdim edirik:

- İqbal bəy, karantin rejimi fəaliyyətinizə necə təsir göstərir? Təşkilatlanma işi davam edirmi? Sıralarınıza yeni üzvlər qoşulubmu?

- Fəaliyyətimizi onlayn şəkildə davam etdiririk. Üzvlük də onlayn həyata keçirilir. Karantin dövründə partiyamızın 182 nəfər üzv qəbul olunub.

- Ümid Partiyasının üzvləri arasında koronavirusa yoluxan varmı?

- Təəssüf ki, bəli. Onlar hazırda müxtəlif xəstəxanalarda müalicə alırlar. Bakıda, həmçinin Balakəndə xəstəxanada olanlarımız var. Təxminən 10-a yaxın üzvümüz koronavirusa yoluxub. Maddi və mənəvi cəhətdən əlimizdən gələn köməkliyi edirik. Bildirim ki, aralarında sağalan da olub.

- Deyirlər ki, pandemiya dünyanın siyasi düzənini dəyişəcək. Sizcə, bu dəyişikliklər nədən ibarət olacaq?

- Hesab edirəm ki, ilk olaraq münasibətlər sistemi dəyişəcək. Hər kəs artıq qəbul etməyə başlayıb ki, bu münasibətlər sistemində yeni dünya düzəni qurmaq mümkün deyil. Ona görə də pandemiya yeni dəyərlər sistemi gətirəcək və yaxud da köhnədən olan dəyərlər sisteminin yeni formasını üzə çıxaracaq. Bu proses baş verdikdən sonra artıq dəyərlərə münasibətlər formalaşdırılacaq.

- Yəqin ki, Azərbaycan da bu dəyişikliklərdən kənarda qalmayacaq. Siz ölkədə hansı dəyişikliklərin olacağını ehtimal edirsiniz?

- Azərbaycanda vəziyyət biraz çətindir. Çünki hakimiyyət və müxalifət yanaşmaları ənənəvi qaydalardan biraz kənardır. Amma biz çox istərdik ki, Azərbaycanda da hakimiyyət və müxalifət, cəmiyyət və iqtidar münasibətləri yenilənsin. Azərbaycan yeni, gerçək islahatlar və dialoq mərhələsinə başlasın. Dialoq mərhələsində konkret məsələlər müzakirə olunsun. Cəmiyyəti, müxalifəti-bütövlükdə ölkəmizi narahat edən məsələlər dialoq masasına çıxarılsın və öz həllini orada tapsın. Biz artıq sosial şəbəkələr və yaxud KİV-dən mövqeyini ifadə edən, bir-birinə sərt münasibət göstərən tərəflər yox, Azərbaycanın gələcəyi üçün xoş münasibət sərgiləyən, problemlərin həllində birgə fəaliyyət göstərən tərəflər istəyirik. Azərbaycanda artıq Konstitusiya islahatları olmalıdır, Seçki Məcəlləsində, o cümlədən idarəetmədə islahatlar yeni mərhələyə qədəm qoymalıdır. Demokratik seçkilər keçirilməlidir. Ümumilikdə isə düşünürəm ki, bütün sferalarda virusun təsiri qaçılmazdır. Gərginləşən psixoloji vəziyyət münasibətlərə təsir edir, onlar da gərginləşir. Çalışmaq lazımdır ki, bu təsirin dövlətimizə, xalqımıza ziyan vuracaq tərzdə olmasının qarşısını alaq. Bunun cəmiyyətə, bütövlükdə dövlətə sirayət etməsinə imkan verməyək.

- İqbal bəy, seçki prosesi arxada qalsa da, rəqiblərinizlə qarşılıqlı ittihamlar hələ də davam edir. Bu namizəd olduğunuz dairədən nəticələrin ləğv olunması ilə əlaqədar ola bilərmi?

- Bizim bu məsələdə rəqibimiz yoxdur, seçkini udmuşuq. Sadəcə, bizim xeyrimizə olan nəticələr dəyişdirilib. Sonra da Mərkəzi Seçki Komissiyası nəticələri ləğv edib. Ona görə keçmişə baxmadan yolumuza davam edirik. Bizim üçün seçki prosesi arxada qalıb və rəqiblər anlayışı da yoxdur. Biz seçici səsi almağa çalışırıq. O səsi almaqda da bizim heç bir problemimiz yoxdur.

- Bəs partiyadaşlarınızın bu qarşılıqlı ittihamlarda aktiv iştirak etməsini necə qiymətləndirirsiniz?

- Onlar sadəcə həqiqətin tərəfində olanlardır. Həqiqətin tərəfində olanların hamısı isə bizim tərəfdarlardır. Mən heç kimə nəyisə deməsi və ya deməməsi ilə bağlı müraciət etməmişəm, edə bilmərəm. Onların şəxsi mövqeyidir və onu ifadə edirlər. Həm də yəqin ki, danışan şəxsləri danışmağa vadar edən səbəblər olur. Adamlara yenidən köhnə dövrə qayıtmaq üçün səbəb verilməməlidir.

- Rəqib hesab etmədiyiniz şəxslər dəfələrlə açıq şəkildə dilə gətiriblər ki, sizin güclü trol ordunuz var. Bu haqda nə düşünürsüz?

- Mənim tərəfdarlarımı trol adlandıranlar çox yanılırlar. Onların heç biri trol deyil. Hər kəs öz imzası, adı ilə yazır. Trol nədir? Trol o adama deyirlər ki, o, saxta profil yaradır. Şəxs öz profili ilə fikrini yazırsa, niyə trol olmalıdır? Adamlar sadəcə mövqe qoyur. Cəmiyyət gəlib o yerə çatıb ki, adamların mövqe bildirməsinə qəribə baxırlar. Hesab edirlər ki, adamlar mövqe bildirməməli, susmalı, hətta qorxmalıdırlar. Bəziləri isə baş verən proseslərə susmaq istəmirlər. Bizim ümumiyyətlə, trol anlayışımız yoxdur. Elə fikrimiz də yoxdur. Biz Azərbaycan cəmiyyətində istər sosial şəbəkədə, istər informasiya sahəsində yalançı təbliğatın və yalançı şəxslərin əleyhinəyik.(Yenisabah.az )

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar