Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim liderim Əli Kərimli deyil, xalqdır” - Tural Abbaslıdan səs gətirən açıqlamalar

“Mənim liderim Əli Kərimli deyil, xalqdır”

Bu sözləri musavat.com-un Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayın verilişində Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib.

Oxuculardan AXCP sədri Əli Kərimlinin liderliyi ilə bağlı gələn suala cavabında bu fikri səsləndirən T.Abbaslı daha sonra aşağıdakıları vurğulayıb: “Bundan sonra da heç kimin liderliyini qəbul edəcək deyiləm. Xalq səs verər. Biz dəyərli xalqıq. Hər üç nəfərdən biri liderdir, xilaskardır, maşallah... Ədalətli seçki mühiti yaradaq. İnşallah, onda görəcəyik ki, lider kimdir, kim deyil”.

Hakimiyyətə də, 25 ildir, müxalifətdə qalan müxalifətə də müxalif olduğunu deyən müsahibimiz fikirlərini belə əsaslandırıb: “25 il müxalifətdə qalmaq olar? Hamı mələkdir, hamı başbiləndir. Bəs, 25 il müxalifətdə qalmağın günahı kimdədir? Məktəbə gedən uşaqlarda? Yoldan keçənlərdə? Qalibiyyətə hamı sahib çıxır. Amma 25 il müxalifətdə qalmağın məğlubiyyəti kimin üzərindədir?”

Real Partiyasının sədri İlqar Məmmədovla bağlı fikirlərini deyən T.Abbaslı ona siyasətçi kimi heç vaxt ümidi olmadığını vurğulayıb. O, eyni zamanda Ə.Kərimliyə qarşı qısqanc yanaşması ilə bağlı deyilən fikirləri də rədd edib: “Mən Müsavatda olanda Əli Kərimlinin ümumi problemlərlə bağlı keçirdiyi mitinqlərdə iştirak etmişəm. Qonağa “get” demirlər, altından döşəyi çəkirlər. Əli Kərimli tribunaya çıxıb, “mən vahid liderəm” deməyəcək. Amma bu tövrlə, sözlə, hətta çıxışının sürdüyü vaxt ilə bunu deməyə çalışacaq”.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar