Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Məni Ağsu aşırımından atmaqla hədələyirlər”

Tahir Kərimli rəqibləri tərəfindən təhdid olunduğunu deyir...

Vəhdət Partiyasının sədri, deputatlığa lider namizəd, Tahir Kərimli təhdid olunur.

PİA.a xəbər verir ki, bu barədə Pravda.az-a T.Kərimli özü məlumat verib.

Deputatlığa namizəd məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputatlıq namizədliyi qeydə alınmış şəxslərin sayı 36 idi. Amma onların 20-si namizədliyini geri götürdü. Hazırda 16 namizəd deputatlıq uğrunda mübarizə aparır, onlardan 6-sı səsvermənin nəticələrindən şikayətçidir.

Ən ideal seçkilər bəlkə də Ağsu rayonunda keçirildi. Müşahidə edirik ki, digər seçki dairələrindən də şikayətlər var, şikayətçilərin əllərində müəyyən materiallar mövcuddur. Diqqət edin, görün, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən şikayət edənlərin əllərində hər hansı protokol, video-fakt var? Heç bir faktları yoxdur, şikayətləri ümumi xarakter daşıyır.

Prezident İlham Əliyev çağırış etdi ki, gəncələr seçkilərdə aktiv iştirak etsinlər, amma bunlar səhv başa düşdülər. Müraciət o gənclərə idi ki, o insanlar deputatlıq fəaliyyətinin nədən ibarət olduğunu bilir. Deputatlar seçicilərin hüquqlarını müdafiə edir, qanunvericiliklə məşğul olurlar. Deputatlıq elə çıxışlardan ibarət deyil ki? Elə bilirlər, deputatlıq Milli Məclisdə çıxış etməkdən ibarətdir. Bu, ciddi işdir.

Məndən narazı olan deputatlığa namizədlərdən biri – Vüsal İmanov iki dəfə xuliqanlığa və odlu silah gəzdirməyə görə məhkum olunub. Bu şəxs deputat seçilirsə, Milli Məclisin aqibəti necə olar? Hər yoldan ötənin deputatlığa iddia etməsi yolverilməzdir. Təsəvvür edin, bu namizəd necə mübarizə aparır, məni və tərəfdarlarımı ölümlə hədələyir. Vüsal İmanov “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarında bildirir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam, tərəfdarlarını aşağılayacağam. Bu, cinayətdir.

Deputatlığa namizəd Ağasən Hüseynovun 71 yaşı var. Etdiyi müraciət formasını haradansa köçürüb, yazır ki, “gənc” mütəxəssis olaraq müraciət edir. Sənin 71 yaşın var, gənc necə sayıla bilərsən? Belə qeyri-ciddi adamlar necə deputatlıq uğrunda mübarizə apara bilər? Həmin namizədlər 10 seçicini toplayıb bir dəfə də görüş keçirə bilməyiblər… Hamı bilir ki, Tahir Kərimlinin hər hansı qanun pozuntusu törədilməsinə ehtiyacı olmayıb. Keçmişim, millət üçün gördüyüm işlər, parlamentdəki çıxışlarım…

Bütün bunları xalq bilir. Bizim gördüyümüz işlərin müqabilində bunlar nə iş görüblər? Deputatlıq xeyir-şər evi tikmək deyil? Bunlar niyə belə yanlışlığa yol verirlər…”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Tahir Kərimli


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

Karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

loading...

Ən çox oxunanalar