Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənəvi Dəyərlərin Təbliği Fondunda tender maxinasiyası: “откат” – bizi birləşdirən dəyər!

Azərbaycanda keçirilən tenderlərdə müxtəlif maxinasiyaların, xüsusən də “otkat” əməliyyatlarının olması barədə yerli mətbuat orqanlarında dəfələrlə məlumatlar yayılıb

Dövlət başçısı da rəsmi müşavirələrdə dəfərlərlə bu kimi neqativ məsələlərə toxunaraq aidiyyatı orqanların bu yöndə ciddi araşdırma aparmasını tələb edib.

Təsadüfi deyil ki, 2019-cu ilin dövlət büdcəsi tərtib edilərkən komissiya iclasında maliyyə naziri Samir Şərifov dövlətdən maliyyələşən ictimai, elmi, mədəni yönümlü qurumların bir çox hallarda yeyintilərə yol verdiyini qeyd etdi.

Ötən il Azərbaycanda şübhə doğuran tenderlərdən biri də Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişçisi olduğu iki profil üzrə keçirilən tenderdə baş verib.

Həmin iki tenderin ümumi smetası 178770 (bir yüz yetmiş səkkiz min yeddi yüz yetmiş) manatdır.

“Mənəvi Dəyərlər adlı 20 dəqiqəlik, həftəlik radio verilişin hazırlanaraq efirə verilməsi işləri” üzrə keçirlən tenderin məbləği 17700 AZN, “Heydər ƏliyevAzərbaycançılıq və Ailə Dəyərləri mövzusunda sənədli filmlərin, Dilim varsa, mən varam!, Azərbaycan Bayrağı, Azərbaycan ailəsi, Xeyriyyəçilik ənənələrimiz və Həyat dəyərlidir mövzusunda video çarxların hazırlanması işləri” üzrə keçirilən tenderin məbləği isə 161070 AZN olub.

2018-ci ilin oktyabr ayının 3-də keçirilən hər iki tenderin qalibi ADMEDİA.Az MMC olub.

2013-cü ildə yaradılan ADMEDİA.AZ MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Məmmədov Emin Əjdər oğludur.

ADMEDİA.AZ MMC-nin Admedia.az adlı saytı da fəaliyyət göstərir.

Admedia.az domeni isə Məmmədov Şaiq Əldər oğlunun adınadır.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayının 3-də “Mənəvi Dəyərlər adlı 20 dəqiqəlik, həftəlik radio verilişin hazırlanaraq efirə verilməsi işləri” adlı tenderə yekun vurulduqdan sonra layihənin icrasına oktyabr aynın 25-də başlandığı deyilir. AzToday.az-ın internet üzərində apardığı araşdırmalarda məlum olur ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun və ASAN Radionun birgə layihəsi olan “Mənəvi dəyərlər” radio-verilişinin həftədə bir dəfə efirə getdiyinə rast gəlirik.

Ancaq ikinci tender – “Heydər Əliyev və Azərbayçılıq və Ailə Dəyərləri mövzusunda sənədli filmlərin, Dilim varsa, mən varam!, Azərbaycan Bayrağı, Azərbaycan ailəsi, Xeyriyyəçilik ənənələrimiz və Həyat dəyərlidir mövzusunda video çarxların hazırlanması işləri” üzrə heç bir informasiya yoxdur. Əslində yuxarıda qeyd etdiyimiz kimi şübhəli məqam bu deyil. Burada şübhə douran məqam sifariş edilən tenderdə “Heydər ƏliyevAzərbaycançılıq və Ailə Dəyərləri mövzusunda sənədli filmlərin” sayının göstərilməməsidir. Eyni zamanda digər 5 rolik – “Dilim varsa, mən varam!, Azərbaycan Bayrağı, Azərbaycan ailəsi, Xeyriyyəçilik ənənələrimiz və Həyat dəyərlidir mövzusunda video çarxların hazırlanması işləri” üçün ayrılan məbləğin şişirdildiyi ehtimal edilir.

Tələb olunan tenderlərdə göstərilən rəqəmlərin faktiki işin dəyərindən qat-qat artıq olması təəssüflər olsun ki, ölkəmizdə tez-tez rast gəlinən haldır.

Məqsəd isə dövlət maliyyəli qurumlar tərəfindən sifariş edilən tenderlərdəki rəqəmlərin 30-60 faiz hissəsinin sifarişçi təşkilata geri qaytarılmasıdır.

Belə olan təqdirdə isə qalib olan təşkilatın görəcəyi işin keyfiyyət əmsalı mənfiyə doğru enir.

Admedia.az MMC-nin adıçəkilən rolikləri hazırlayıb-hazırlamadığı barədə məlumat yoxdur.

Bir məqam isə Admedia.Az MMC ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun arasında reallaşan tenderlərdə “otkat”ın olması ehtimalını gücləndirir.

Belə ki, Admedia.Az MMC-nin marketinq meneceri Ülvi Huryanlının şəxsi feysbuk səhifəsində bu ilin yanvar ayının 19-da yazdığı “откат – bizi birləşdirən dəyər!” cümləsi həqiqətən də bu şirkətlər arasında reallaşan tenderlərdə “otkat” əməliyyatının olmasını açıq-aşkar ortaya qoyur.

Məsələnin digər ilginc tərəfi isə marketinq menecerinin bu statusunu şirkət rəhbərinin qardaşının – Şaiq Məmmədovun “layk” etməsidir.

Ancaq doğrudan da maraqlıdır, görəsən Admedia.Az MMC 161070 manatdan 5 rolikin çəkilməsinə nə qədər vəsait xərcləyib?

Yazıda səslənən ittihamlarla bağlı Mənəvi Dəyərlərin Təbliği Fonduna 21.01.2018-ci il tarixində sorğu göndərsək də qarşı tərəf 15 gün ərzində münasibət bildirməyi lazım bilmədi. (AzToday.az)

pia.az


Etiket: tenderlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar